28 Avqust 2021 11:34
1051
DÜNYA
A- A+

Senator Robert Kennedinin qatili 53 ildən sonra azadlığa çıxa bilər

 

Kaliforniya ştatının növbədənkənar azadetmə komissiyası senator Robert Kennedinin qatili, iordaniyalı Sirxan Sirxanın vəsatətini təmin edib. Beləliklə, qatil 53 ildən sonra həbsxanadan azadlığa buraxıla bilər.

AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, vəsatətə baxan komissiya məhkumun artıq cəmiyyət üçün təhlükə törətmədiyi qənaətinə gəlib. 77 yaşlı Sirxanın azad olunması barədə yekun qərar 90 gün müddətində komissiyanın tam tərkibli iclasında çıxarılacaq və daha sonra ştatın qubernatoru Gavin Nyusoma göndəriləcək. Qubernator 30 gün ərzində komissiyanın qərarını ya təsdiqləyə, ya da rədd edə bilər.

Sirxan Sirxan senator Kennedini 1968-ci il iyunun 5-də - o, demokratlar partiyasının prezident postuna namizədi kimi Kaliforniyada ilkin seçkiləri qazandıqdan bir neçə dəqiqə sonra güllə ilə vuraraq qətlə yetirib. Qatilin sözlərinə görə, o, senatordan İsrailə Amerika təyyarələri göndərilməsini dəstəklədiyinə görə qisas alıb.

Törətdiyi cinayətə görə Sirxan əvvəlcə ölüm cəzasına məhkum edilib. Lakin elə həmin il ABŞ Ali Məhkəməsi edam cəzasını ölkə konstitusiyasına zidd elan etdiyi üçün ona həbs cəzası verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video