13:03 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səməd Qurbanov: Azərbaycanla Rusiya şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi vacibdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:06 23.07.2021

 

Azərbaycanın Rusiya şirkətləri ilə sıx əməkdaşlıq əlaqələri var. Bu əlaqələrin daha da genişləndirilməsi vacibdir. "ROSTEKSİMBANK" ("РОСТЭКСИМБАНК") şirkəti ilə daha yaxından işləyirik. Əməkdaşlığımızın potensialı çox böyükdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov iyulun 23-də Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən S.Qurbanov bildirib ki, ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları reallaşdırılır və birgə layihələr həyata keçirilir. Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək hər iki ölkənin maraqlarına cavab verir.

S.Qurbanov Rusiyanın “KamAZ” şirkəti ilə Azərbaycanın Gəncə Avtomobil Zavodu arasındakı səmərəli və faydalı əməkdaşlıqdan da danışıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM