04 Sentyabr 2021 20:01
516
CƏMİYYƏT
A- A+

Şəkidə Qida Festivalı keçirilib    

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində sentyabrın 4-də Şəkidə Qida Festivalı keçirilib.

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən “Marxal” Müalicə İstirahət Kompleksində təşkil olunan festivalda Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın rəsmi açılış mərasimində Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edərək, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin regionlarda yerli qida məhsullarının potensialının, eləcə də kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılması məqsədi daşıdığını bildirib.

Sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Şəkidə Qida Festivalının keçirilməsinin heç də təsadüfi olmadığını, gözəl təbiəti, dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri, nadir sənətkarlıq növləri, təkrar olunmayan mətbəxi sayəsində bu şəhərin yerli və beynəlxalq turizmin sürətlə inkişaf etdiyi bir əraziyə çevrildiyini bildirib. Diqqətə çatdırıb ki, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. Şəki, eyni zamanda, Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür. 2019-cu ildə isə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Avropa İttifaqının nümayəndəsi Viktor Bojkov çıxışında Azərbaycanın olduqca zəngin mədəniyyətə və mətbəx nümunələrinə malik olduğunu diqqətə çatdırıb.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov Şəkinin Azərbaycanda festivallar şəhəri kimi də tanındığını, hər il bu şəhərdə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi, şirniyyat və teatr festivallarının şəhərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərli isə festivalın əsas məqsədinin yerli və xarici qonaqlar arasında bu bölgənin ənənəvi qidalarını təşviq etmək olduğunu bildirib.

Sonra festival iştirakçılarına Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının ənənəvi milli yeməkləri və kənd təsərrüfatı məhsulları təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video