13:39 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sehrli qutu

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:35 28.08.2021

 

Artıq məişətimizin, bir az geniş mənada desək, həyatımızın ayrılmaz hissəsinə çevrilən televizor bu günə qədər heç də asan bir yol keçməyib. Onun texniki inqilab sayıla biləcək ən primitiv modelindən sabahın düşüncəmizin hüdudlarını aşan növlərinə qədər bir çox mərhələdən və texnoloji proseslərdən keçib.

İdeya olaraq fantastik əsərlərdə bir çox onilliklər bundan əvvəldən insanların müzakirəsinə verilmiş bu cihaz yalnız 1923-cü ildə İngiltərədə Con Logi Beird tərəfindən icad edilmişdir. 1925-ci ildə tarixin ilk televiziya patentini alan Beirdin müvəffəqiyyəti, qısa müddətdə böyük maraqla qarşılanır və “televizor” adını verdiyi icadını ilk dəfə 26 yanvar 1928-ci ildə İngiltərə Krallıq İnstitutuna tanıdır. O, 1929-cu ildə ilk televiziya stansiyasını qurur və Amerikanın “BBC” şirkəti ilə razılaşaraq, televiziya verilişləri hazırlamağa başlayır. Şirkət 1930-cu ildə Amerika və İngiltərədə rəsmi şəkildə yayıma başlayır.

İlk televizorun ekranı çox kiçik və rəngsiz idi, gövdəsi isə bu ölçüləri qat-qat üstələyirdi. Lakin nəhəng bir əjdahanın alnındakı gözə bənzəyən bu cihaz tezliklə tamaşaçıların böyük rəğbətini qazandı. Yalnız ağ və qara rənglərdən ibarət olan kiçikekranlı televizorlar görüntüləri və səsləri ilə evlərə rəng qatmışdı. Bir az sonralar ekranların önünə rəngli şüşələr yerləşdirdilər ki, bu da onun görünüşündən çox verdiyi şüalanmanın təsirini azaltmaq məqsədini daşıyırdı.

İlk rəngli televizorlar ötən əsrin 50-ci illərinin əvvəllərində satışa çıxarıldı. Tarixi baxımdan yaxın zaman olmasına baxmayaraq, rəngli televizorların dünyada geniş yayılması bir neçə onillik vaxt apardı. Buna qədər isə artıq televizor ekranlarının uzaqdan naqilli pult vasitəsilə idarə olunması metodu işlənib hazırlandı. Bir az sonra isə naqilsiz pultlar icad edildi və rəngli televizorlar bu komplektasiyadan bütün dünyaya çox sürətlə yayıldı.

Texnologiyanın inkişafı ilə antenalar da həyatımızdan yox oldu. Keçmişdə istifadə etdiyimiz antenalar külək və yağışdan təsirlənərək televiziya yayımının sönməsinə və ya ləngiməsinə səbəb olurdu. Lakin ağıllı peyk sistemləri ilə bu problemlər aradan qalxdı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM