02 Iyul 2021 15:33
786
Səhiyyə
A- A+

Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Kuba Respublikasından gələn heyət ilə görüş keçirib

 

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla ilə görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Teymur Musayev Kuba hökumətinə və tibb heyətinin rəhbəri professor Dalsi Torres Avillanın timsalında pandemiya ilə mübarizədə ölkəmizə dəstək olanlara təşəkkürünü bildirib. O, gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Teymur Musayev, həmçinin ölkəmizdə vaksinasiyanın mərhələli, sürətlə davam etdiyini və qısa müddətdə müsbət nəticəyə nail olacağımıza inandığını qeyd edib.

Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo çıxışında pandemiya ilə mübarizədə ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının tədbirlərində fəal iştirak etdiyini vurğulayaraq, Azərbaycan təcrübəsinin dünyada nümunəvi olduğunu diqqətə çatdırıb. Kubalı səfir bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.

Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla öz növbəsində yaradılan şəraitə və göstərilən diqqətə görə rəhbərlik etdiyi heyət adından təşəkkürünü bildirib. Kubalı professor koronavirusa qarşı qazanılan uğurun birgə əməyin nəticəsi olduğunu vurğulayıb.

Xoş və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədəuyğunluğu vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video