06 May 2014 07:05
244
Səhiyyə
A- A+

Səhiyyə naziri ATU-nun Stomatoloji Klinikasının nəzdində yeni tikilən tədris mərkəzinə baxış keçirmişdir

Mayın 6-da səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovla birgə bu təhsil ocağının Stomatoloji Klinikasının nəzdində yeni tikilən tədris mərkəzinə baxış keçirmişdir.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, baxış zamanı klinikanın direktoru Alqış Səfərov stomatoloji tədris mərkəzində quraşdırılan yeni avadanlıqlar barədə məlumat vermişdir. Bildirilmişdir ki, yalnız Avropa ölkələrinin nüfuzlu tibb müəssisələrində olan bu avadanlıqlar tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir.
Nazir mərkəzdə görülən işləri, eləcə də Stomatoloji Klinikanın təchizatını yüksək dəyərləndirmişdir. Demişdir ki, klinikada tibb elminin ən son nailiyyətlərinə cavab verən bu cür müasir, modern texnoloji avadanlıqlarla çalışmaq rezidentlər üçün müsbət nəticələr verəcəkdir.
Daha sonra O.Şirəliyev və Ə.Əmiraslanov ATU-nun 4 saylı tədris binasındakı vəziyyətlə, xüsusilə elektron mikroskopiya laboratoriyasında quraşdırılan yeni avadanlıqla da tanış olmuşlar.
Məlumat verilmişdir ki, burada dünyanın qabaqcıl universitetlərinin laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir analizatorlar yerləşdirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video