11 Iyun 2021 02:40
1110
CƏMİYYƏT
A- A+

Şəhidlik zirvəsini fəth etmək hamıya nəsib olmur

 

Qarabağ zəfərini  canı və qanı hesabına gerçəkləşdirən oğullarımızdan biri də Gədəbəydə dünyaya göz açmış Hüseyn Əsgərovdur. Yaşasaydı, 26 yaşı tamam olacaqdı Hüseynin.

O, Gədəbəyin səfalı guşələrindən olan Qoşabulaq kəndində dünyaya gəlmişdi. Gözünü açandan ata-anasından, oxuduğu 2 nömrəli kənd orta məktəbinin müəllimlərindən torpaqlarımızın 30 faizinin ermənilər tərəfindən işğal olunmasını eşitmiş və yəqin bu səbəbdən hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Belə də oldu. Orta məktəbi bitirən kimi həqiqi hərbi xidmətə yollandı. Xidmətini başa vurduqdan sonra hərbidə qalmağı qərara aldı. Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək arzusunu bildirdi və 2017-ci ilin mart ayından hərbi xidmətini davam etdirməyə başladı. Xidmət etdiyi dövrdə özünü nümunəvi hərbçi kimi göstərən Hüseyn dəfələrlə hərbi hissənin rəhbərliyi tərəfindən təşəkkürnamələr aldı.

Lakin Hüseyn torpaqlarımızın işğalı ilə barışa bilmirdi. Qisas anımı gözləyirdi. Çox çəkmədi ki, həmin məqam yetişdi. 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsi ilə Hüseynin arzusu reallaşmağa başladı. Ordumuz sürətlə irəliləyərək düşməni torpaqlarımızdan qovurdu. Hüseyn isə Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edirdi. Lakin bu döyüşlərin birində düşmən gülləsi həyatına son qoydu. Nəşi doğulub boya-başa çatdığı Gədəbəyə gətirilərək Qoşabulaq kənd qəbiristanlığında torpağa tapşırıldı. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu.

Qeyd edək ki, hər iki Qarabağ müharibəsində Gədəbəy 315 şəhid vermişdir. Onlardan 4 nəfəri Milli Qəhrəmandır. İkinci Qarabağ müharibəsində 39 şəhid verən gədəbəylilər Hüseyn Əsgərovun da xatirəsinə ehtiram göstərirlər. Elə bu günlər Hüseyn Əsgərovun doğum günündə də vaxtilə təhsil aldığı məktəbin müəllim və şagirdləri, kənd sakinləri, eləcə də rayon rəhbərləri şəhidin məzarı başına toplaşmışdılar. Cəmi 26 il ömür sürmüş Hüseynin necə vətənpərvər, xalqını sevən bir Azərbaycan oğlu olmasından bəhs edən fikirlər səsləndirilmişdir. Şəhidin atası Ramiz Əsgərov oğluna göstərilən diqqət və qayğıkeşliyə görə ailə üzvləri adından minnətdarlıq etmişdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video