06:32 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəhid gizir Naiq Ələkbərovun ailəsi ziyarət olunub

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:05 06.08.2021

 

Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuş gizir Naiq Ələkbərov Faiq oğlunun ailəsi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ziyarət edilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib. Vətən üçün belə cəsur oğul böyütdüklərinə görə şəhidin valideynlərinə dərin minnətdarlıq ifadə olunub. Cəsur döyüşçünün xatirəsini yad etməyə gələnlər Naiq Ələkbərovun evində düzəldilmiş “Şəhidlər ölməz - Vətən bölünməz” guşəsinə baxıblar. Guşəyə cəsur döyüşçünün bir vaxtlar oxuduğu kitablar, fotoları, müxtəlif illərdə xidmətdə fərqləndiyinə görə aldığı fəxri fərmanlar və Vətən müharibəsində qəhrəmanlığı sayəsində layiq görüldüyü orden və medallar qoyulub.

Gizir Naiq Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Sonda gizir Naiq Ələkbərovun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində “Şəhidlər ölməz” adlı tədbirlər silsiləsindən şəhid İlkin Zülfüqarovun və Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad  olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində hər iki şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxış edənlər İlkin Zülfüqarov və Naiq Ələkbərovla bağlı olan xatirələrini dilə gətiriblər.

Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən mahnılar oxuyublar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM