05 Avqust 2021 00:48
884
İQTİSADİYYAT
A- A+

Şəhid ailəsi üzvləri və müharibə iştirakçısı işlə təmin edilib

 

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğulluq marafonu”nda aktiv iştirak edir. “Aqroservis ASC” tərəfindən “Məşğulluq marafonu” çərçivəsində 10 nəfər şəhid ailəsi üzvü və müharbə iştirakçısı işlə təmin edilib.

Cəmiyyətin vakant elan etdiyi 32 vəzifə üzrə 10 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısı “Aqroservis”in Şəki, Ağcabədi, Yevlax, Bərdə, Şəmkir, Xaşmaz regional nümayəndəliklərinin rayon bölmələrində və qurumun təsərrüfat sektorunda operator, iqtisadçı, sürücü və digər işlərlə təmin olunublar. Şəhid ailələri və müharibə iştirakçılarının vakant yerlər üzlə işlə təmin olunması davam etdiriləcək.

Qeyd edək ki, aksiyanın məqsədi torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatlarda canından keçən şəhidlərimizin və müharibə iştirakçılarının işlə təmin olunmasına yardım etməkdir.

“Aqroservis” ASC ilə yanaşı, digər tabeli qurumlar da bu çağırışlara həssaslıq nümayiş etdirərək qeyd olunan kateqoriyadan olan vətəndaşların işlə təmin olunması istiqamətində addımlar atırlar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video