08:13 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə”

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:59 16.07.2021

 

Prezident İlham Əliyev dövlətin bu siyasətinin davamlı olduğunu bir daha bəyan etdi

 

Bütün dünyada pandemiyanın yaratdığı iqtisadi çətinliklər olsa da, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Xüsusilə əhalinin həssas təbəqəsinin sosial qayğılarının həlli istiqamətində ardıcıl işlər aparılır. Bu il iyulun 14-də Prezident İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi həmin tədbirlərin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.

Burada 810 mənzilli yaşayış kompleksi - 15 doqquzmərtəbəli bina tikilib. Bu dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib. Kompleksin ərazisində uşaq bağçası və məktəb də inşa olunub.

Beləliklə, şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması məsələsi dövlətimizin sosial siyasətinin ayrılmaz hissəsi kimi yenə də gündəmdədir. Yeni kompleks də daxil olmaqla bu günədək 10 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin olunub. Təkcə keçən ilə aid göstəricini xatırlatmaq kifayətdir. İl ərzində 1572 şəhid ailəsi və Qarabağ qazisi müasir ev və mənzil sahibi oldu. İyulun 14-dəki görüşdə Prezident İlham Əliyev ötən il bu qəbildən olan vətəndaşlarımıza verdiyi vədi xatırladı: “Demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik”.

Dövlət başçısı bu məsələlərdə də dediyi sözə, verdiyi vədə sadiqdir. Belə ki, müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında onlara avtomobillərin verilməsi mühüm yer tutur. İndiyədək əlilliyi olan 7200-dən çox şəxs avtomobillə təmin olunub. Sözügedən tədbirdə isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobil təqdim edildi. Xatırladaq ki, 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib. Cari ildə isə 150 avtomobilin təqdim edlməsi nəzərdə tutulub.

Şəhid ailəsi üzvlərinin və müharibə veteranlarının məşğulluq problemlərinin həlli də daim dövlətin diqqət mərkəzindədir. Bu sahədə görülən tədbirlər çərçivəsində son 6 ayda 47 min 400 nəfər işlə təmin edilib.

7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. Bu il ölkədə 16 min insanın özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Onların arasında artıq 5 mindən çox şəhid ailəsinin üzvləri və müharibə əlilləri var.

2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqının 30, orta aylıq pensiyasının 60 faiz artması da həmin diqqət və qayğının nəticəsidir.

Qazilərin məşğulluq məsələlərinin həlli istiqamətində çağırışa özəl sektor müsbət reaksiya verib. Bu da təbiidir. Çünki özəl sektorun inkişafı üçün dövlət böyük işlər görüb. İndi də sahibkarlar öz sosial məsuliyyətini göstərir. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Görünür ki, bu təşəbbüsün çərçivələri getdikcə daha da genişlənəcək.

Vətən müharibəsinin Qələbə ilə başa çatmasından sonra ölkədə 24 min şəxsə 33 min xidmət göstərilib. Şəhid ailələri və xəsarət alan hərbçilərlə bağlı Prezidentin bu ilin iyun ayında imzaladığı fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzində 7 qurum üzrə 26 xidmət göstəriləcək. Yaxın iki ay ərzində bu cür mərkəzlər DOST mərkəzlərində fəaliyyətə başlayacaq.

Lakin təkcə maddi deyil, mənəvi dəstək də böyük önəm daşıyır. Prezident İlham Əliyev qazilər və şəhid ailələri ilə tez-tez görüşlər keçirir, onlara mənəvi dəstək verir, məişət problemləri ilə maraqlanır. Elə sözügedən tədbirdə Prezidentin şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşməsi, onları mənzil almaqları münasibəti ilə səmimi təbrik etməsi hamısının ürəyincə oldu. Dövlət başçısı bu insanları yüksək dəyərləndirdiyini bir daha vurğuladı: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni bu, onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar ilk növbədə dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır”.

Müharibə dövründə evlərini və yaxınlarını itirmiş mülki şəxslərin də problemləri həll olunur. İndi bütün dünya bilir ki, Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərə bilmədiyi üçün mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib. Uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub, minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir.

Həssas kateqoriyadan olan insanların sağlamlığına qayğı da unudulmur. Görüşdə bildirilib ki, müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş edilib və onlar artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub. Bu protezlərlə insan normal yaşaya, yəni gəzə, qaça, futbol oynaya bilər. Bütün bunlarla bərabər, 8400 nəfərə - müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər.

Dövlətin bu diqqət və qayğısından şəhid ailələrinin və qazilərin nə dərəcədə məmnun olduqlarını onların dilindən eşitməyin öz yeri var. Bu baxımdan döyüşlərdə şəhid olmuş zabit Toğrul Kərimovun həyat yoldaşı Süsən Kərimovanın, Vətən müharibəsi qaziləri Ədalət Aydınovun, Qurbanəli İslamovun söylədikləri  əhəmiyyətli idi.

Prezidentimiz onların qarşısında bir daha bəyan etdi: “Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə”.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM