09 Iyul 2021 01:24
735
İQTİSADİYYAT
A- A+

Şəhərsalma və Arxitektura Komitəsi: “11 rayon və şəhərdə yenidənqurma və təmir-tikinti işləri sürətlə davam edir”

 

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub.

Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən ümumilikdə 11 şəhər və rayon ərazisində 12 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 14 yanvar tarixli sərəncamına əsasən, həmin yaşayış evlərinə və obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər çəkmiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Bu istiqamətdə fəaliyyətə başlamaq üçün komitə cari il yanvarın sonundan etibarən ziyan dəymiş ərazilərdə təmir-tikinti işlərinə paralel olaraq başlayıb: ilk mərhələdə zəruri hazırlıq işləri aparılıb, məlumatlar aidiyyəti qurumlardan toplanılaraq siyahılaşdırılıb, iş həcmi dəqiqləşdirilib, ərazilər üzrə qəzalı və təmirə ehtiyacı olan fərdi yaşayış evləri, çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri olmaqla qruplaşdırılıb, həmçinin dağılmış və qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin bərpası üçün 2, 3, 4 və 5 otaqlı evlərin nümunəvi layihəsi hazırlanıb.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər planlaşdırılmış qrafik üzrə aparılır və onların qısa bir zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib. Tikinti və təmir-bərpa işlərinin sürətli və keyfiyyətlə aparılması üçün yerlərə tikinti-inşaat materialları ilə fasiləsiz təminat həyata keçirilir.

Hazırkı mərhələdə 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri artıq yekunlaşdırılıb, digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə sürətlə davam edir. Belə ki, görülmüş işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilib: qismən dağıntıya məruz qalan evlər və sahibkarlıq obyektləri üzrə təmir işləri aparılıb, tikililərin divarları bərpa edilib, dam örtükləri, qapı-pəncərələri yenidən quraşdırılıb. Yenidənqurma və təmir-bərpası tələb olunan digər zərər çəkmiş obyektlər də mərhələli şəkildə zəruri tikinti materialları və texnika ilə təmin edilir, cəlb edilmiş işçi qüvvəsi tərəfindən işlər planlı şəkildə davam etdirilir.

Bununla yanaşı, 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur, onlardan Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqları rəhbər tutaraq insanların mümkün ən qısa müddət ərzində doğma şəhər və qəsəbələrində əvvəlki həyata qayıtması üçün bütün zəruri resurslarını səfərbər edib və 11 rayon və şəhər üzrə tikinti, təmir-bərpa işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video