23 Sentyabr 2021 00:43
657
İQTİSADİYYAT
A- A+

“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək verilib

 

Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində növbəti təsərrüfata dəstək göstərilib.

Qax rayonunda yerləşən arıçılıq təsərrüfatında yenidənqurma işləri aparılıb, arı südü istehsalı ərazisi hasarlanıb, təsərrüfat sahəsi abadlaşdırılıb. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla təmin olunub.

Bununla bağlı keçirilən tədbirdə bildirilib ki, iqtisadiyyatın diversifikasiyası fonunda kənd təsərrüfatı ölkənin prioritet sahələrindən biri olmaqla, son dövrlər sürətlə inkişaf edir. Kənd təsərrüfatının inkişafı həm də  təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan verir. Bu səbəbdən  regionların sosial-iqtisadi inkişafı istiqamətində bir sıra sosialyönümlü layihələr həyata keçirilir.  Bu layihələrdən biri aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş “Şəhərdən kəndə” aqroekoturizm layihəsidir.

Aqroekoturizm dünyanın müxtəlif ölkələrindən olan insanların diqqətini kənd yerlərinə, mövcud təsərrüfatlara və ekologiyanın qorunmasına yönəlmiş bir fəaliyyətdir. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və eko sistemə, həmçinin müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır. “Şəhərdən kəndə” layihəsi çərçivəsində bölgələrdə aqroekoturizm obyektlərinin müasir standartlar əsasında qurulmasına dəstək verilir. Artıq 5 belə təsərrüfata müvafiq dəstək göstərilib.

Tədbirin yekununda “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş qadınlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Şəhərdən kəndə” layihəsi “Paşa Holdinq”in dəstəyi ilə korporativ sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirilir. Bu günə qədər “Şəhərdən kəndə” layihəsinə qoşulmaq üçün 200-dən artıq fermer müraciət edib. Müraciət edən fermerlərin təsərrüfatlarına baxış zamanı bu təsərrüfatlardan 97-si aqroekoturizm üçün uyğun sayılıb. Əcnəbi və yerli mütəxəssislər tərəfindən 115 təsərrüfat sahibinə aqroekoturizm obyektlərinin qurulması istiqamətində təlimlər keçirilib, 40-dan çox təsərrüfata turlar təşkil olunub.

Bu turlarda 900-ə yaxın turist, o cümlədən 170 əcnəbi turist iştirak edib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video