05 Iyun 2019 02:16
1054
Fərmanlar
A- A+

“Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 17-ci hissəsinə əsasən qərara alıram:

1. "Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2019-cu il


Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 3 iyun tarixli Fərmanı ilə təsdiq
edilmişdir
Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə
nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan
vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında
saxlanılması və istifadəsi
Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılmasına və istifadəsinə dair məsələləri tənzimləyir.

1.2. Bu Qaydanın 1.1-ci bəndində nəzərdə tutulan vəsaitin müəyyən hissəsi dedikdə, bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan daxilolmalar istisna olmaqla, şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan digər daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin (həmin il üçün dövlət büdcəsinin yerli gəlirlərində vergi orqanlarının nəzarəti ilə təmin olunan vergilərin proqnozlaşdırılan məbləğinin 10 faizindən artıq olmamaqla) yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilən hissəsi başa düşülür.

1.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinin proqnozlaşdırılması məqsədilə hər il iyul ayının 1-dək respublikanın şəhər və rayonları üzrə vergi uçotuna alınmış, habelə bu Qaydanın 2.2.1 – 2.2.4-cü yarımbəndlərində qeyd olunan şəxslərlə bağlı əvvəlki il və cari ilin ötən dövrü üçün hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödənilmiş daxilolmalara dair məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) təqdim edir.

1.4. Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsi layihəsinin tərtibi prosesində, bu Qaydanın 2.2-ci bəndində göstərilən daxilolmalar istisna olmaqla, şəhər və rayonlar üzrə cari büdcə ilinin sonuna vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan digər daxilolmaların gözlənilən icrasına dair məlumatlar əsasında artıq daxil olan vəsaitin yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilən hissəsini nəzərdə tutur.

2. Büdcədənkənar vəsaitin formalaşdırılması, gəlir və xərclər
smetasının təsdiq edilməsi prosedurları

2.1. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hissəsi yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilir.

2.2. Bu Qaydanın 2.1-ci bəndi aşağıdakı daxilolmalara şamil edilmir:

2.2.1. neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar) üzrə daxilolmalara;

2.2.2. "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalara;

2.2.3. dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri) üzrə daxilolmalara;

2.2.4. bu Qaydanın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulan vergi ödəyiciləri ilə yanaşı, mərkəzləşdirilmiş qaydada uçota alınan digər vergi ödəyiciləri üzrə daxilolmalara.

2.3. Maliyyə Nazirliyi respublikanın şəhər və rayonları üzrə cari büdcə ili üçün müəyyən olunmuş proqnozun bu Qaydanın 2.2.1 – 2.2.4-cü yarımbəndlərində qeyd olunan vergi ödəyicilərinə aid hissəsini müəyyən edir, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanvar ayının 20-dək əvvəlki büdcə ilində həmin vergi ödəyicilərindən daxilolmalar barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.

2.4. Maliyyə Nazirliyi cari büdcə ilində yanvar ayının 25-dək əvvəlki büdcə ilinin nəticələrinə əsasən, bu Qaydanın 2.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, şəhər və rayonlar üzrə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan hissəsinin 50 faizinin məbləğini müəyyən edir və onun istifadəsi ilə bağlı təkliflərin təqdim edilməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərir.

2.5. Yerli icra hakimiyyəti orqanları bu Qaydanın 2.4-cü bəndinə əsasən, cari büdcə ilində fevral ayının 1-dək gəlir və xərclər smetasının layihəsini və həmin smeta layihəsinə dair izahat məlumatlarını Maliyyə Nazirliyinə təqdim edir.

2.6. Maliyyə Nazirliyi cari büdcə ilində fevral ayının 10-dək protokolla rəsmiləşdirilmiş yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir.

2.7. Yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər smetasının bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələri isə müvafiq yerli icra hakimiyyəti orqanlarına və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilir.

3. Büdcədənkənar vəsaitdən istifadə istiqamətləri

3.1. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan büdcədənkənar gəlirlərin istifadəsi aşağıdakı məqsədlərə yönəldilir:

3.1.1. vəsaitin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə;

3.1.2. vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə;

3.1.3. vəsaitin 50 faizi aşağıdakı məqsədlərə yönəldilir:

3.1.3.1. mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə;

3.1.3.2. şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə.

4. Yekun müddəalar

4.1. Yerli icra hakimiyyəti orqanları büdcədənkənar vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə bu Qaydaya əlavəyə uyğun olaraq rüblük hesabat tərtib edir və hər rübdən sonrakı ayın 20-dək aidiyyəti üzrə Maliyyə Nazirliyinə təqdim edirlər.

4.2. Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri büdcədənkənar vəsaitin Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə və təyinatı üzrə istifadə edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.

"Şəhər və rayonlar üzrə vergi orqanlarının
xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan
daxilolmalardan büdcə ilinin sonuna artıq daxil
olan vəsaitin müəyyən hissəsinin həmin
şəhər və rayonların sərəncamında
saxlanılması və istifadəsi Qaydası”na əlavə

______________________________________________

(yerli icra hakimiyyəti orqanının adı)

20__-ci ilin ____ rübü üzrə artan yekunla

Büdcədənkənar vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə rüblük

H E S A B A T

manatla

Göstəricilər

Smetada

nəzərdə

tutulmuşdur

Daxil

olmuşdur

Kənarlaşma

(+;-)

Gəlirlər

Xərclər

Smetada

nəzərdə

tutulmuşdur

Xərclənmişdir

Kənarlaşma

(+;-)

Təsnifat

kodu

Cəmi xərclər

o cümlədən

Qeyd.Smeta büdcə xərclərinin iqtisadi təsnifatının paraqraf, maddə və yarımmaddələrinə əsasən tərtib edilir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video