22 Iyul 2021 23:14
528
SİYASƏT
A- A+

Səfir Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  

Azərbaycanın Vatikandakı səfiri Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolini ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşı tərəfə post-münaqişə mərhələsi haqqında ətraflı məlumat verilib. Azərbaycanın əsas çağırışlarına – işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpası, erməni mənşəli Azərbaycan vətəndaşlarının reinteqrasiyası, Ermənistan və Azərbaycan arasında sülhün bərpasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşı tərəfə səfirliyimiz tərəfindən hazırlanmış və dağıdılmış ərazilərimizdəki vəziyyəti, eləcə də bu ərazilərin yenidən qurulmasını əks etdirən məlumat xarakterli broşür təqdim edilib.

Vatikanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələrdən söz açılıb. Qeyd edilib ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ikitərəfli münasibətlərin inkişafındakı rolu və verdiyi töhfələr vurğulanıb. Bildirilib ki, Azərbaycan və Vatikan arasındakı uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, dinlərarası dialoqun inkişafına da töhfə verir.

Kardinal P.Parolini Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələrin əhəmiyyətinə toxunaraq, Fond tərəfindən Müqəddəs Pyotr kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpasını yüksək qiymətləndirib.

Vatikanın dövlət katibi kardinal P.Parolini Azərbaycan və Ermənistan arasında normal münasibətlərin bərpa olunacağına ümid etdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video