07:25 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

SEDA proqramı çərçivəsində Astarada növbəti layihə icra edilib

ANA SƏHİFƏ / TƏHSIL
01:01 22.06.2021

 

SEDA “Azərbaycanda Seçilmiş ABŞ Hökuməti Yardım Proqramları” üzrə iki ölkə arasında imzalanan Anlaşma Memorandumu əsasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə vəsaiti və Azərbaycan hökumətinin dəstəyi ilə icra olunan layihədir.

Bu günlər SEDA proqramı çərçivəsində Astara rayonunun Pensər kəndində Pensər icması ilə birlikdə körpələr evi-uşaq bağçasının 850 metrlik və Fətəlioba icması ilə birlikdə Siyakeş kəndindəki 1003 metrlik məktəb yolları asfaltlaşdırılmışdır.

Bununla bağlı keçirilən tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Pərviz Musayev, ABŞ səfirliyinin nümayəndəsi Laura Daniels, SEDA proqramının direktoru Cabir Əlizadə və İqtisadiyyat Nazirliyinin Lənkəran Regional bölməsinin nümayəndəsi Nənəbacı Muradova iştirak etmişlər.

 

S.MƏMMƏDOV,

Astara rayonu



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM