03 Sentyabr 2011 07:09
472
İQTİSADİYYAT
A- A+

SECO Azərbaycan üçün üç yeni layihəni təsdiqləyib

 

İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) Azərbaycan üçün ümumi məbləği 3,5 milyon dollar olan üç yeni layihəni təsdiqləyib. "Trend"in məlumatına görə, bu barədə SECO-nun Bakı ofisindən bildiriblər.

SECO "Azərpoçt" dövlət poçt operatoruna 600 min dollar məbləğində texniki dəstək, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə kapital bazarının müasirləşdirilməsi layihəsi üçün 1,6 milyon dollar, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və Maliyyə Nazirliyi, Mərkəzi Bank və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihə çərçivəsində maliyyə təlimi layihəsi üçün 1,3 milyon dollar ayrılmasını təsdiq edib. Bütün layihələr 5 il müddətinə nəzərdə tutulub və Dünya Bankı ilə birgə həyata keçirilir.

Poçt operatorunun əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə hazırlanmasını nəzərdə tutan "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin həyata keçirilməsinin əvvəlindən layihədə SECO-nun payı 500 min dollar təşkil edir. Bu layihə 2005-ci ildən Dünya Bankının dəstəyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilir. Layihənin 2009-cu ildə başa çatdırılması planlaşdırılmışdı. Lakin texniki işlərin müəyyən edilmiş müddətədək başa çatmaması ilə əlaqədar olaraq layihə daha bir il uzadılıb. Yeni texniki yardımın göstərilməsi çərçivəsində SECO treninqlərin keçirilməsinə kömək edəcək, eləcə də poçt operatorunun dizaynının dəyişdirilməsini və məhsullarının rebrendinqini maliyyələşdirəcək.

Dünya Bankı kapital bazarının müasirləşdirilməsi layihəsi üçün 12 milyon dollar ayırıb. SECO bu layihənin bir ünsürünü - kapital bazarı iştirakçılarının imkanlarının möhkəmləndirilməsi və bazar müəssisələrinin inkişafı layihəsini maliyyələşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video