SARSIDICI ZƏRBƏ
İlham Əliyevin "QARABAĞ AZƏRBAYCANDIR!” çağırışı milli ideyaya və hərəkata çevrilir
Azərbaycan xalqının elə bir nümayəndəsi tapılmaz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və torpaqların işğaldan azad edilməsini istəməsin, bu yolda əlindən gələni etməyə daim hazır olmasın!
Yaşından, cinsindən, milliyyətindən asılı olmayaraq!
Çünki Qarabağın işğaldan azad edilməsi təkcə Azərbaycan dövlətinin deyil, bu torpaqda yaşayan hər kəsin arzusu, amalı və həm də problemidir!
Artıq illərdir ki, Qarabağın geri qaytarılması məramı xalqımızı dövlətin və dövlət başçısının ətrafında sıx birləşdirən başlıca dəyərə, milli birlik və vətəndaş həmrəyliyi ideyasına çevrilmişdir!
Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunda "Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi hamının ürəyindən olmaqla bərabər, bu ideyaya yeni güc, yeni nəfəs və həyat verdi!
Ermənistanın küçədən vəzifəyə gəlmiş baş naziri N.Paşinyanın sərsəm açıqlamasına Azərbaycan tərəfinin layiqli cavab verəcəyi kimsədə şübhə doğurmurdu!
Çünki hamı cənab İlham Əliyevin qətiyyətini və xarakterini, düşmənin hər bir hərəkət və addımına tutarlı, kəskin cavab vermək bacarığını, həm də sözü ustalıqla dediyini və özünəməxsus qrossmeyster gedişini məqamında etdiyini gözəl bilir.
Bu, belə də oldu!
ƏVVƏLA, cavab üçün çox uğurlu məkan seçilmişdi:
* Dünyanın hər tərəfindən gələn say-seçmə insanların, dövlət rəhbərlərinin, siyasi xadimlərin iştirak etdiyi "Valday” Beynəlxalq Diskussiya Klubunun panel iclası;
* Yenicə Ermənistana səfərdən qayıtmış Rusiya Prezidenti Vladimir Putinin iştirak etdiyi məclis;
* Dünya KİV nümayəndələrinin və beynəlxalq ekspertlərin təmsil olunduğu tədbir;
* İclasdakı çıxışların birbaşa bütün dünyaya yayımlandığı məqam;
* Üstəlik, ağılla qurulmuş, təmkinli və soyuqqanlı, fakt və arqumentlərlə söylənən nitq!
Nitqin ən böyük uğurlarından biri onun zəngin faktları əhatə etməsinə rəğmən sərrastlığı və yığcamlığı idi!
İKİNCİSİ, hədəflər dəqiq və aydın seçilmişdi!
ÜÇÜNCÜSÜ, deyilənlər dəqiq və təkzibedilməz olmaqla bərabər, real faktlara və tarixi sənədlərə söykənirdi!
Cənab İlham Əliyev ilk növbədə N.Paşinyanın simasında təzahürünü tapan erməni yalanını ifşa etdi: "1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir”.
İkincisi, Prezidentimiz son dərəcə ağıllı və məntiqli bir yanaşma nümayiş etdirdi: Ermənistanın özünün də tanımadığı bu qanunsuz qurum Ermənistanın bir hissəsi necə ola bilər?!
Sonra yaxın keçmişdə qəbul edilən sənədlərə əsaslanan faktlar bir-birinin ardınca açıqlanaraq xatırladıldı!
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bəyan etdikdən sonra Dağlıq Qarabağla birlikdə BMT-yə üzv olmuşdur!
Daha bir vacib məqam: BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib!
İlham Əliyev daha bir erməni uydurmasını ifşa etdi: "Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil! Dağlıq Qarabağın münaqişəyədək birlikdə yaşayan azərbaycanlılardan və ermənilərdən ibarət əhalisi vardır!
O başqa məsələdir ki, dünyanın ali beynəlxalq orqanı sayılan BMT 25 ildən çox müddətdir ki, qəbul etdiyi qərarları yerinə yetirmir!
O başqa məsələdir ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icrası seçmə xarakteri daşıyır: bir qismi mürəkkəbi qurumamış yerinə yetirilir, bəziləri isə uzun illər boyu kağız üzərində qalır!
O başqa məsələdir ki, hazırkı dünyada ikili standartlar mövcuddur və Azərbaycan da bundan əziyyət çəkir!
O başqa məsələdir ki, BMT-nin fəaliyyətinin səmərəsi aşağıdır, onun özündə islahatlara ehtiyac duyulur!
Bütün bu həqiqətləri faktların gücü və məntiqin dili ilə ucadan səsləndirən cənab İlham Əliyev münaqişənin həllinin doğru-dürüst variantını bir daha bəyan etdi:
* Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır.
* Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır!
İlham Əliyevin Ermənistana, "saqqallı təlxək” ləqəbi qazanmış Ermənistanın baş nazirinə və dünya erməniliyinə ünvanlanmış bu bəyanatı təkcə xatırlatma deyil, həm də xəbərdarlıqdır!
İlham Əliyevin bütün bu addımları xalqın ürəyindən xəbər verir, xalqın dəstəyinə, ona olan sonsuz məhəbbətinə və inamına əsaslanır.
İlham Əliyev daim xalqın istəklərini ifadə edir, xalqın arzularını gerçəkləşdirir!
Qarabağ məsələsi Azərbaycan xalqının milli qürurudur!
Dövlətin, dövlətçiliyin taleyinə təsir edən mühüm amildir.
Heç bir azərbaycanlı Qarabağın Azərbaycandan ayrılmasına heç zaman razı olmaz, buna yol verməz!
Qarabağ problemi ölkə vətəndaşları üçün həm də bir məhək daşıdır!
Bu mübarizəsində dövlət başçısına dəstək verməyənlər, indiki həssas məqamda ölkədə sabitliyi pozmağa, xaos və özbaşınalıq yaratmağa çalışanlar isə əslində bu xalqdan sayılmırlar!
Qarabağ məsələsində müxalif və əks mövqe, ikinci yanaşma yolverilməzdir!
***
Artıq xalqın səbir kasası daşmaq üzrədir!
ATƏT-in Minsk qrupunun səmərəsiz və dişsiz fəaliyyəti, Ermənistan rəhbərliyinin məsuliyyətsiz açıqlamaları problemin yubanmadan həllini zəruri edir.
Heydər Əliyev siyasi kursu ilə qətiyyə
tlə irəliləyən Prezident İlham Əliyevin rəhbərliyi altında münaqişənin qeyri-sülh yolu ilə həlli sahəsində də görülən işlər yekunlaşmaqdadır: Azərbaycan iqtisadi cəhətdən güclənmiş, ən müasir silahlarla silahlanmış qüdrətli ordu yaratmış, diplomatiya sahəsində zəruri addımlarını atmış, dörd günlük Aprel müharibəsində baş məşqini də etmişdir!
Cənab İlham Əliyev gördüyü işlərə, xalqının dəstəyinə arxalanaraq "Qarabağ Azərbaycandır!” çağırışını səsləndirmişdir.
Qarabağ Azərbaycanındırsa, deməli, kimsə Azərbaycanı Ermənistana birləşdirmək xülyasına düşə bilməz!
Satellat Ermənistana!
Yoxsul və dilənçi Ermənistana!
Əhalisi durmadan ərazisini tərk edən Ermənistana!
Bu gün təkcə Ermənistanda yaşayanlar yox, bütün dünya erməniliyi də başa düşüb ki, N.Paşinyanın nə siyasətdən, nə diplomatiyadan, nə dövlət idarəçiliyindən, nə də hərbdən başı çıxır!
Yalan vəd vermək, populist çıxışlar etmək, adamlara xoş gəlmək üçün qol götürüb oynamaq, insanları aldatmaq dövlət idarəçiliyinə xas və aid olmayan məsələlərdir.
Artıq onun zamanı bitib!
Ermənistan isə nə blokadadan çıxıb, nə yoxsulluğun daşını atıb, nə əhalisinin ölkədən qaçıb getməsi dayanıb, nə buraya investisiya qoyan tapılıb, nə də nicat yolu müəyyənləşib!
Nicat yalnız işğal altındakı torpaqları qaytarmaqda, qonşu dövlətlərlə normal münasibət quraraq blokadadan çıxmaqdadır!
Cənab İlham Əliyev "Qarabağ Azərbaycandır!” açıqlaması ilə Ermənistanda bir çaxnaşma yaradıb!
Ermənilər dövlətlərinin də, rəhbərlərinin də Azərbaycandan, Azərbaycan rəhbərindən nə qədər zəif, miskin durumda olduğunu "nöqtə” ilə "nida”nın müqayisəsində də aydın gördülər!
İlham Əliyevin bu çağırışı xalqımızı daha sıx birləşdirir!
Bu çağırış milli ideya statusu qazanaraq əsl xalq hərəkatına çevrilməkdədir!
Ürəyində Vətən sevgisi, qəlbində vətənpərvərlik hissi olan hər bir azərbaycanlı dövlət başçısı ətrafında birləşərək bu hərəkatın fəal iştirakçısına çevrilir!
Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanın olacaq!
Bu hərəkata əməldə dəstək olaraq Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə tezliklə torpaqlarımızı azad edəcəyik!
"Qarabağ Azərbaycandır!” çağırışı həm də hər bir azərbaycanlının şüarı və fəaliyyət istiqamətidir!
Bəxtiyar SADIQOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
29 Mart
Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB
29 Mart
Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir
29 Mart
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
29 Mart
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!