05 Oktyabr 2021 00:36
325
SİYASƏT
A- A+

Şanlı qələbə tarixi

 

Mahiyyət baxımından Vətən müharibəsi 1988-ci ilin fevralından - ermənilər Ağdamda Əli ilə Bəxtiyarı güllə ilə öldürəndən başlayıb. Xalq bu müharibənin əsgəri olmağı özünə mənəvi borc bilib. Lakin Birinci Qarabağ müharibəsi zamanında ölkəmizdəki siyasi vəziyyət, dövlətçilikdə yol verilən nöqsanlar, milli qarşıdurmalar, şəxsi ambisiyalar uğurlu hərbi əmliyyatlar aparmağa imkan vermirdi.

Böyük şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda əsaslı dönüş yaradıldı, aparılan islahatlar qısa müddətdə hərbi birləşmələrin nizami ordu kimi formalaşmasını təmin etdi. Horadiz əməliyyatı ordunun qələbə ruhunu daha da artırdı. Qazanılan qələbə xalqımızın nəyə qadir olduğuna böyük inam yaratdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ordu quruculuğu istiqamətində də Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirdi. Bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, müxtəlif təyinatlı təlimlər şəxsi heyətin döyüş hazırlığını, Ali Baş Komandanın ön xətdə, səngərlərdə hərbi xidmətdə fərəqlənənləri təltif etməsi Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını yüksəldirdi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməyən Ermənistan regionda status-kvonu saxlamaq üçün danışıqlardan yayınırdı. Əlbəttə ki, Azərbaycanın xarici siyasəti bu vəziyyətlə barışmazdı. Preziden İlham Əliyev demişdi: “Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz”. Bu qətiyyət Ermənistanın xarici siyasətini dəyişdirməli idi. Lakin  ermənilik xisləti buna imkan vermədi.

Ermənistan atəşkəsə əməl etmədi, təmas xəttində irili-xırdalı təxribatlar törətməkdə davam etdi. 2016-cı ilin aprelində belə təxribatlardan birinin qarşısı alındı, düşmən min hektarlarla ərazidən çıxarıldı. Ermənistan 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində dövlət sərhədlərimizi pozdu, Azərbaycanın ordu hissələri bu hücumun da qarşısını qətiyyətlə aldı.

Ermənistan 2020-ci il sentyabrın 27-də bütün istiqamətlərdən müxtəlif təyinatlı silahlarla mövqelərimizə hücum etdi. Ordu hissələrimiz bu hücumun da qarşısını qətiyyətlə aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əmr Vətən uğrunda döyüş əmri idi...

Ermənistan işğal etdiyi ərazilərdə müdafiə məqsədilə mühəndis-istehkam sistemi yaratmış, 28 il onu təkmilləşdirmş, möhkəmlətmişdi. Vətən müharibəsi başlayanda Azərbaycan Ordusu düşmənin ümid yerlərindən biri olan müdafiə səddini darmadağın etdi. Müdafiə sistemi yarılan düşmən ardıcıl mövqe məğlubiyyətlərinə məruz qaldı. Azərbaycan əsgəri döyüşə-döyüşə qələbə qazanır, qələbə qazana-qazana irəliləyirdi. Qarabağda strateji yüksəkliklər, yaşayış məntəqələri işğaldan azad edilirdi. 

Ermənistan döyüşdə məğlubiyyətinin acısını mülki əhalidən çıxmağa cəhd göstərir, Gəncə, Mingəçevir, Tərtər, Bərdə şəhərlərinə qadağan olunmuş müxtəlif raket zərbələri vururdu. Beynəlxalq ictimaiyyət buna reaksiya verirdi, ancaq belə reaksiyalar işğalçı dövləti iyrənc niyyətindən çəkindirmirdi.

Prezident İlham Əliyev xalqa müraciətində xüsusi vurğulamışdı: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

Vətən müharibəsi xalqın müharibəsi idi, belə desək, azərbaycançılığın erməniliklə döyüşü idi. Vətənpərvərlik işğalçılığa qalib gəldi. Bu Zəfər həm torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi, həm də Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun illərlə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu döyüşlə həll etdi. Bu fakt təsdiqlədi ki, Azərbaycan Ordusu qüdrətlidir, onun gücünü beynəlxalq təşkilatlar da etiraf edir.

Vətən müharibəsi Türkiyə-Azərbaycan münasibətlərinin ötən əsrin əvvəllərində olan nümunəsinin məntiqi davamı idi. O dövrdə Türkiyənin istiqlal savaşında Azərbaycan Türkiyənin yanında olmuşdu, Qafqaz İslam Ordusu Bakını bolşevik-eserlərdən təmizləmişdi. XXI əsrin ilk qərinəsində erməniliyin qəti məğlubiyyəti olan döyüşlərdə də bir amalın icraçıları kimi bu iki qardaş dövlət bir oldu.

Azərbaycan Prezidenti, Müzəffər sərkərdə İlham Əliyev xalqa müraciətində demişdi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoy-duq və düşməni torpaqlarımızdan qovduq”.

Ermənistan xisləti etibarilə bəşəriyyətə düşmən kəsilib. O, işğal etdiyi ərazilərdə bütün binaları, evləri, mədəniyyət abidələrini dağıdıb. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə olanda xalqa müraciətlərində bu amilə də diqqət çəkirdi, erməniliyin nəticələrinin aradan qaldırılacağını, şəhərlərin, kəndlərin yenidən qurulacağını bildirirdi: “Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerləyeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı...”

Vətən müharibəsinin başlanmasının birinci ildönümü Anım günü kimi qeyd edildi. Bu da tarixə tarixi sədaqətin nəticəsidir. Həmin gün Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş təşkil edildi. Bu yürüş bütün dünyanın bəşəri düşüncəlilərinin yaddaşında illərlə yaşayacaq.

Dövlət başçısı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak etdi.

8 noyabr da tarixdir, 10 noyabr da. Hər iksinin başlanğıcı 27 sentyabrdır... Vətəni bu tarixi günlərin mahiyyəti səviyyəsində sevirik...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video