05 Noyabr 2021 03:14
4774
SİYASƏT
A- A+

ŞANLI QƏLƏBƏ

 

Müstəqilliyin yeni erasının başlandığı gün

 

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq.

Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır.

Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfıra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır”.

 

İlham ƏLİYEV

 

“...Biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır”.

 

İlham ƏLİYEV

 

“Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq”.

 

İlham ƏLİYEV

 

Qürur və sevinc doğuran söz

 

Qələbə - altı hərflik bu söz insana nə qədər qürur və sevinc bəxş edir!

Mənən ucalırsan, ruhən dəyişirsən, sanki başqa cür olursan!

Qalib ölkənin qalib vətəndaşı kimi təkcə digərlərinin nəzərində deyil, öz gözündə də yüksəlirsən!

Düşməni məğlub və məhv etdiyinə, torpaqlarını murdar ləpirlərdən təmizlədiyinə, şəhid balalarının qisasını aldığına görə özündən razı qalırsan!

Həm də bu qələbəni sənə bəxş edən qüdrətli Sərkərdəyə, qalib ordunun Müzəffər Ali Baş Komandanına dərin təşəkkür və minnətdarlıq hissi duyursan:

* Səni məğlub xalqdan qalib dövlətin alnıaçıq, üzügülər vətəndaşına çevirdiyinə görə!

* Səni dil qısalığından, göz kölgəliyindən, tənə və töhmətdən birdəfəlik qurtardığına görə!

* Səni dünyanın gözündə dəyişdiyinə, qalib, qürurlu və məğrur millət olduğunu hərb meydanında təsdiq etdiyinə görə!

Eşq olsun belə Sərkərdəyə!

 

Şərəfə çatdıran 44 gün

 

Qələbənin dəyərini məğlubiyyət acısını uzun müddət çəkənlər daha yaxşı bilər!

Qələbənin dəyərini onun hansı zəhmət, əziyyət, çabalar hesabına, qurbanlar bahasına qazanıldığını dərindən anlayanlar daha yaxşı bilər!

Qələbənin dəyərini qəhrəmanlar, şəhidlər, qazilər yetişdirənlər, onların adını, əməlini və xatirəsini daim yüksək tutanlar daha yaxşı bilər!

* 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qalib və vüqarlı dövlətə çevirdi!

* 44 gün ərzində Azərbaycan əsgər və zabiti ölkənin ərazi bütövlüyünü əbədilik bərpa etdi!

* 44 gün ərzində cənab İlham Əliyev və qüdrətli Azərbaycan Ordusu azğın düşmənin başını dəmir yumruqla əzərək ordusunu məhv etdi, qorxaqlar və fərarilər yığnağına çevirdi!

Eşq olsun belə Orduya, belə əsgər və zabitlərə!

 

Mükəmməl hazırlıq, dəqiq hesablamalar, yeni taktika

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu qələbəyə Azərbaycan rəhbərliyinə gəldiyi ilk gündən hazırlaşmışdı!

Hər il, hər ay deyil, hər gün hazırlaşmışdı!

Yüksək peşəkarlıqla, dəqiqliklə, məsuliyyətlə və hərtərəfli tədbirlər görməklə!

Yeni ordu qurmuşdu!

Yeni vətənpərvər gənclər nəsli yetişdirmişdi!

Yeni, ölkəmizin və xarici dövlətlərin hərbi məktəblərində mükəmməl təhsil alan zabitlər və hərbi mütəxəssislər heyəti formalaşdırmışdı!

Yeni, ən müasir silahlarla ordumuzu təchiz etmişdi!

XXI əsrin müharibəsinin ən yeni taktika və strategiyasının tətbiqinə hazırlıq görmüşdü!

Həm də bütün bu işləri elə formada, elə bir məxfiliklə aparmışdı ki, Ermənistana yaxın dövlətlərin kəşfiyyat xidmətləri belə bundan xəbər tutmamış, yeni tipli hərbi əməliyyatların keçiriləcəyini ağıllarına belə gətirməmişdilər!

 Yoxsa məsələnin hərbi müstəvidə həllinə keçilməsinə əsla yol verilməzdi!

Cənab İlham Əliyev hər şeyi irəlicədən görməyi, incəliklə nəzərə almağı və yüksək dəqiqliklə ölçüb-biçməyi, ən düzgün və ən optimal qərarlar qəbul etməyi məharətlə bacarır!

Eşq olsun belə Prezidentə!

 

Deklorativ müstəqillikdən real müstəqilliyə

 

SSRİ adlı nəhəng imperiya zahirən kommunizm ideologiyasına əsaslanan dövlət olsa da, əslində zorakılıqla, silah gücünə yaradılmışdı!

Azərbaycanın Sovet Rusiyasının tərkibinə qatılması XI Qızıl ordunun real hədəsi və hücumu nəticəsində baş vermişdi.

Bu “qatılmada” əsas hədəf isə Bakı neftinə sahib çıxmaq, onun sərəncamçısı olmaq istəyi idi.

Ziyalılarımız arasında sosializm ideyasının tərəfdarları olsa da, onların heç biri birləşmənin belə nəticələnəcəyini gözləmirdi və sovetləşmənin tərəfdarlarının böyük əksəriyyəti qırmızı repressiyanın qurbanına çevrildilər, sonrakı illərdə nəsibləri həbsxana, sürgün, güllələnmə və digər zorakılıqlar oldu!

Həm də bu faciələr təkcə özlərinin yox, ailələrinin də başına gətirildi!

Yetmiş illik SSRİ dövründə Azərbaycan bütün sərvətləri və imkanları ilə qırmızı imperiyanın xidmətində durdu!

Başqa yolu da yox idi!

Amma sonda, imperiya parçalananda ziyalılarımızın başına gətirilən müsibətlər xalqımızın və bütövlükdə müstəqil olmaq istəyən dövlətimizin də başına gətirildi.

Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi niyyətinə xidmət edən köhnə, “tarixi münaqişə” yenidən alovlandırıldı, son günlərini yaşayan mərkəzi hakimiyyəti ənənəvi ermənipərəst mövqe nümayiş etdirərək tarixi torpaqlarımızın bizdən qoparılmasına rəvac verdi.

Bu prosesin başında isə SSRİ-nin birinci və axırıncı prezidenti, qırmızı imperiyanın dağıdılmasının müəllifi olan Sov.İKP MK-nın baş katibi M.Qorbaçov və arvadı dayanırdı.

18 oktyabr 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı qəbul edilsə də, əslində, bu, deklorativ müstəqillik idi.

Çünki müstəqil dövlət kimi yaşamaq üçün hələ dövlət qurumları və təsisatları yaradılmalı, müstəqil daxili və xarici siyasət müəyyənləşdirilməli, iqtisadiyyat böhrandan çıxarılmalı və digər zəruri tədbirlər görülməli idi.

Qırmızı imperiyanın parçalanması və müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edənlər isə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz olmaqla bərabər, şəxsi maraqlarını da ümumi mənafedən yüksək tuturdular.

Biri ermənilərin geri qayıtması ilə bağlı xalqdan “muştuluq” istəyir, başqası SSRİ-nin yaşaması üçün ölkə ərazisində referendum keçirir, digəri isə məsuliyyətsiz bəyanat və addımları ilə böyük problemlər yaradır, ölkəni vətəndaş müharibəsinə sürükləyirdi.

Əgər xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtmasaydı, Azərbaycanın nəinki müstəqilliyi, hətta bir dövlət kimi mövcudluğu da sual altında idi.

Ulu Öndər Heydər Əliyev çox qısa bir zaman kəsiyində vətəndaş müharibəsinin alovlarını söndürdü, ölkəni xaos və anarxiya bataqlığından qurtardı, əhalidəki külli miqdarda silah-sursatı yığdırdı, möhkəm və dönməz sabitlik yaratdı. Bazar iqtisadiyyatı münasibətlərinə keçmək üçün yeni Konstitusiya qəbul edilərək zəruri islahatlar aparıldı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini təmin edib onu əbədiliyə və dönməzliyə çevirsə də, artıq ərazilərimizin 20 faizi düşmən işğalında idi və 1 milyondan çox qaçqın və məcburi köçkünümüz vardı.

Müstəqilliyin sonrakı illərində bu itki və yük daim özünü büruzə verirdi.

Ömür vəfa etmədi, Ulu Öndərimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədən əbədiyyətə qovuşdu, bu çətin və şərəfli missiyanın icrasını siyasi varisi cənab

İlham Əliyevə vəsiyyət etdi.

Xalqın və Ümummilli Liderimizin etimadını layiqincə doğruldan cənab İlham Əliyev müstəqil dövlətimizi yeni inkişaf mərhələsinə çıxardı, tarixinin ən qüdrətli Azərbaycanını yaratdı.

Lakin ən mühüm və ən ağrılı məsələ - ərazi bütövlüyünün bərpası problemi hələ də qalırdı!

 

Vahid hədəf, gərgin və çoxcəhətli fəaliyyət

 

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən qarşısına vahid hədəf qoymuşdu:

İqtisadi cəhətdən qüdrətli, siyasi cəhətdən nüfuzlu, ərazicə bütöv müstəqil Azərbaycan yaratmaq, onu inkişaf etdirmək və xalqın yüksək rifahına nail olmaq!

Belə bir hədəfə çatmaq üçün çoxsaylı məsələlər və problemlər həllini tapmalı idi!

Üstəlik, dayanmadan çalışmaq, gərgin və çoxcəhətli fəaliyyət göstərmək, düşmənləri zərərsizləşdirərək yeni dostlar tapmaq, daxili və xarici siyasət sahəsində dəqiq hesablamalara əsaslanan qərarlar qəbul edərək addımlar atmaq tələb olunurdu!

İlham Əliyev zəkası və xarizması uğurların əsası oldu!

Ölkəyə rəhbərlik etdiyi on səkkiz il ərzində cənab İlham Əliyevin gördüyü işlərin, gerçəkləşdirdiyi layihələrin siyahısı belə heyrət doğurur!

Onları yada salmağa çalışaq:

* Prezident seçkilərinin növbəti günündə ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq, müstəqil Azərbaycanı Heydər Əliyev siyasi kursundan çıxarmaq cəhdinin qarşısı alındı;

* Bütün sahələrdə milli və dövləti maraqlara əsaslanan siyasətin dönmədən həyata keçirilməsi təmin olundu;

* Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı hazırlanaraq uğurla, əlavələrlə həyata keçirildi;

* Qeyri-neft sektorunun inkişafı üçün təsirli tədbirlər görüldü;

* Sahibkarlığın inkişafına daim dəstək verildi;

* Turizmin inkişafı yeni mərhələyə qaldırıldı;

* Azərbaycan bütün maneələri dəf edərək öz maliyyəsi hesabına Bakı-Tbilisi-Qars beynəlxalq layihəsini gerçəkləşdirdi;

* “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri işə salındı;

* Ökeana çıxışı olmayan Azərbaycan logistika mərkəzinə çevrildi;

* Enerji təhlükəsizliyi təmin edildi;

* Nəqliyyat və qismən də ərzaq təhlükəsizliyinə nail olundu;

* Azərbaycan elektrik enerjisi idxalçısından ixracatçısına çevrildi;

* “Cənub qaz dəhlizi” nəhəng layihəsi işə salındı;

* Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildi;

* Dövlət başçısı cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclaslarına, İslam Əməkdaşlıq Təşkilatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, Qoşulmama Hərəkatına uğurla sədrlik edərək Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi, ölkəyə çoxsaylı dostlar qazandırdı;

* Azərbaycan həm də idman dövlətinə, beynəlxalq yarışlar məkanına çevrildi;

* Azərbaycan I Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi;

* Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində uğurlu addımlar atıldı;

* Azərbaycanın Multikulturalizm modeli dünya tərəfindən bəyənilərək qəbul olundu;

* Azərbaycan beynəlxalq humanitar tədbirlərin, dünyanı düşündürən qlobal problemlərin müzakirə edildiyi və səmərəli təkliflərin verildiyi məkan statusu qazandı;

* Yeni ordu quraraq onu ən müasir silahlarla silahlandıran, yeni taktika və strategiya ilə XXI əsrin yeni nəsil müharibəsini aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqları işğaldan azad etdi, müharibənin hamı tərəfindən öyrənilən Azərbaycan modelini yaratdı!

 

Üç cəbhənin qəhrəmanı

 

Müharibə aparan ordu öz Sərkərdəsinə baxıb düzlənir!

Döyüşən əsgər və zabitlər Sərkərdədən nümunə götürür!

Ordunu qələbəyə onun düşünən beyni və vuran əli sayılan Sərkərdə çatdırır!

Lakin indiki müharibələr XX əsrin müharibələrinə bənzəmir.

Bu gün hibrid müharibələr gedir!

Odur ki, bir neçə istiqamətdə döyüşmək lazım gəlir!

Həm də qalib gəlmək üçün bütün savaş meydanında üstün gəlməyi bacarmalısan!

II Qarabağ müharibəsində olduğu kimi!

***

İkili standartların mövcudluğu və dünya erməniliyinin diasporları vasitəsilə bir sıra aparıcı dövlətlərin siyasətinə, dövlət başçılarına təsir imkanlarının olduğunu nəzərə almadan, hadisələri qabaqlamağı bacarmadan müvəffəqiyyətə bel bağlamaq mümkünsüzdür.

Bütün bunları gözəl bilən Prezident İlham Əliyev Vətən müharibəsinə hazırlıq və hərbi əməliyyatların davam etdiyi dövrdə daim ayaqda oldu, müdriklik və uzaqgörənliklə çarpışdı.

Başda ATƏT-in Minsk qrupu olmaqla bütün beynəlxalq qurum və təşkilatlar Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin mümkünlüyünü söyləyir və müharibənin əleyhinə çıxırdılar!

Faktiki olaraq nə münaqişənin sülh yolu ilə həllinə kömək göstərir, nə də Ermənistana təzyiq göstərərək onu sülh danışıqlarında real nəticələrə sövq edirdilər.

Əksinə, bütün şıltaqlıqlarına dözərək məsələnin uzadılmasına göz yumurdular!

İlham Əliyev mahir və uzaqgörən diplomat kimi Paşinyanın səriştəsizliyindən, lovğalığından bacarıqla istifadə etdi!

Müharibə dövründə Ermənistanı müdafiə edərək hərbi əməliyyatların dayandırılmasını, yenidən sülh danışıqlarına başlanılmasını xahiş edən dövlət başçılarının çağırışına isə Müzəffər Ali Baş Komandanımız yalnız irəli sürdüyü şərtin - erməni ordusunun ərazilərimizi tərketmə qrafiki təqdim edildikdən və üç dövlət başçısı tərəfindən üçtərəfli bəyanat imzalandıqdan sonra əməl etdi.

***

Antiazərbaycançı şəbəkə tərəfindən ölkəmizə qarşı dayanmadan aparılan informasiya mübarizəsi hərbi əməliyyatlar başlayan gündən müharibəyə çevrildi!

Bu müharibənin önündə erməni diasporlarının güclü olduğu ölkələrin KİV-i gedirdi.

Hamısı da Azərbaycanı müharibə tərəfdarı, danışıqları pozan, hərbi əməliyyatları dayandırmaq istəməyən, öz ordusunda muzdlulardan istifadə edən tərəf kimi təqdim edirdi.

Müharibə dövründə cənab İlham Əliyev otuzdan çox dünya KİV-inə, məşhur telekanallara, informasiya agentliklərinə və tanınmış qəzetlərə müsahibələr verdi!

Qərəzli, məkrli, bəzən hikkəli sualları səbirlə cavablandırdı, feyk xəbərləri ifşa etdi, əsl həqiqətləri söylədi, müharibənin başlanma səbəbləri, Ermənistanın təhrikçi hərəkətləri barədə dünya ictimaiyyətini məlumatlandırdı, ən nəhayət, cızığından çıxan, jurnalistin etik davranış qaydalarını pozan jurnalistləri yerində oturdaraq qeyri-obyektiv mövqelərinə görə şiddətlə qınadı.

Beləliklə, dünya KİV-ini də döyüş meydanına çevirərək bu cəbhədə də qəhrəmanlıq və şücaət göstərməklə qalib gəldi.

***

Döyüş əməliyyatları meydanının bütün ağırlıqları cənab İlham Əliyevin üzərində idi.

Ali Baş Komandan kimi əməliyyat planlarını təsdiq edir, gündəlik tapşırıqları müəyyənləşdirir, ən məsuliyyətli və gərgin anlarda son söz sahibi olaraq qərarlar verirdi!

Müharibənin ilk günlərindən sonuna kimi Azərbaycan Ordusu düşməni darmadağın edərək irəli getdi, bircə gün də olsa, nə ləngimə, nə də geriyə çəkilmə halı olmadı!

Orduya yüksək bacarıq və peşəkarlıqla rəhbərlik edən cənab İlham Əliyev dəmir yumruğu ilə düşmənin belini sındıraraq başını əzdi!

44 gün ərzində erməni ordusu məhv edilərək ərazilərin böyük hissəsi azad edildi, Ağdam, Laçın və Kəlbəcər rayonları isə bir güllə belə atılmadan təslim sənədinə qol çəkən düşmən tərəfindən geri qaytarıldı!

***

İlham Əliyev müharibələr tarixində yeni səhifə açaraq yeni müharibə nümunəsi nümayiş etdirdi!

Elə bir nümunə ki, bu gün də başda NATO olmaqla dünyanın ən güclü ordularına sahib dövlətlər həmin nümunədən öyrənərək öz ordularında islahatlar aparırlar!

Azərbaycan hərb tarixinin ən şərəfli səhifəsini yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev beş əsr ərzində itirilmiş torpaqları qaytaran ən qüdrətli Sərkərdə statusunu qazandı.

İlham Əliyev həm də ikiəsrlik Qarabağ münaqişəsinə uğurla son qoyan, ərazi bütövlüyünü birdəfəlik bərpa edən görkəmli dövlət başçısıdır!

Zəfər müharibəsindəki qələbə həm də müstəqilliyimizin yeni erasının başlandığı gün sayılır.

Artıq Azərbaycanın dövlət müstəqilliyi onun bütün ərazisinə şamil edilir!

İşğaldan azad edilən ərazilərin iqtisadi potensialından quldur Ermənistan və onun çapqınçı ortaqları yox, Azərbaycan xalqı istifadə edəcəkdir!

Prezident İlham Əliyevin layihələri əsasında yenidən dirçəldilən Qarabağ az müddətdə cənnətə, dünya turizminin mərkəzlərindən birinə çevriləcək, geri dönən məcburi köçkünlər əvvəlkindən daha firəvan və xoşbəxt yaşayacaqlar!

Bütövləşmiş müstəqil Azərbaycan isə daha qüdrətli və daha nüfuzlu olacaqdır!

 

Torpaqlar da alındı, qisasımız da

 

Ermənilər işğalın ilk günlərindən torpaqlarımızdan rədd olub gedəcəklərini gözəl bilirdilər!

Həm də nəinki bilirdilər, həmin günə öz xislətlərinə məxsus tərzdə hazırlaşırdılar:

* Bütün evləri və binaları söküb dağıdır, ələ keçən inşaat materiallarını “müştərisinə” satırdılar;

* Özlərindən sonra insanların normal yaşaya bilməyəcəkləri xarabalıqlar yaradırdılar;

* Hər tərəfdə mina tələləri qururdular ki, torpağın əsl sahibləri geri dönəndə daha çox tələfat versinlər.

Biabırçı məğlubiyyətlərinin əvəzini sanki qabaqcadan çıxmağa çalışırdılar!

Erməni həm də bununla son sözünü də söyləyirdi:

* Bilirdi ki, Azərbaycan xalqı dağıdılmış yaşayış məntəqələrinin qisasını onlarda qoymayacaq!

* Bilirdi ki, Azərbaycan xalqı təhqir edilmiş, qaramal, donuz saxlanılmış məscidlərin hayıfını alacaqdır!

* Bilirdi ki, dağıdılmış qəbiristanlıq

ların, sökülmüş qəbirlərin qisasını hökmən çıxacaqdır!

* Bilirdi ki, işğal dövründə törətdiyi vəhşiliklərin, Xocalı soyqırımının, əsir və girovlara verdikləri işgəncə və məşəqqətlərin əvəzi hökmən qaytarılacaqdır!

* Bilirdi ki, qonşuya, dosta xəyanəti, özgələrinə arxalanaraq su içdiyi quyuya tüpürənləri Azərbaycan xalqı heç zaman bağışlamır!

Bütün bunları irəlicədən bildiyinə görə təkcə dinc sakinlərdən - qoca, qadın və uşaqlardan deyil, daşdan-torpaqdan, ağacdan-meşədən, dağdan-dərədən, çaydan-göldən də qisas almağa çalışırdı!

Amma itkiləri qazandıqlarından qat-qat çox oldu!

Özgə torpağında xoş gün, firavan yaşayış tapmadı!

Bayquş kimi özünü xarabalıqlarda yaşamağa məhkum etdi!

Baiskarı olduğu müharibədə ərini, oğlunu, qardaşını, gələcəyini itirdi!

Yenidən qaçqına çevrildi, Ermənistanın ərazisində “ikinci sort”, arzuolunmaz vətəndaş sayıldı!

Ömrü boyu məğlub millət damğasını daşımalı, boş xülyaların ağrı-acısını çəkməli oldu!

Layiq olduğu cəzanı həm Tanrıdan, həm də Azərbaycan Ordusundan artıqlaması ilə aldı!

 

Erməni mifləri də darmadağın edildi

 

Ermənilər həmişə özlərini dünyaya başqa cürə, olmadıqları kimi təqdim etməyə, dünyanı erməni mifləri ilə aldatmağa çalışıblar.

Möhtəşəm zəfərimiz erməninin əsl simasını da tam çılpaqlığı ilə dünyaya göstərdi!

Erməni heç vaxt məğrur xalq olmayıb!

Məğrur xalq başqasına forpostluq edib, özgə qoltuğuna sığınmaz!

Erməni heç vaxt döyüşgən xalq olmayıb!

Daim terrorla məşğul olmuş, başqaları isə onların əvəzinə vuruşaraq hazır torpağa sahib etmişlər!

Erməni heç vaxt qalib olmayıb!

Özgə torpaqlarına özgələri hesabına yiyələnəndə də bunun müvəqqəti olduğunu gözəl anlayıb.

Erməni qədim xalq da deyil!

Qədim xalqın ərazisi - vətəni, sərkərdəsi - dövlət başçısı, mədəni abidələri - qalaları, kilsə və dini inanc yerləri, musiqisi, mətbəxi, qədim sənət nümunələri olar, başqalarından oğurlamaqla özünə qədimlik, “mədəniyyət” görüntüsü yaratmağa ehtiyac duymaz!

Erməni “məzlum və zavallı” xalq da deyil!

Terroru özünə mübarizə vasitəsi, faşizmi ideologiya seçən, terrorçuya və faşistlərə xidmət göstərənlərə abidə ucaldıb sitayiş edənlər məzlum yox, yırtıcıdırlar!

Erməni ağıllı da deyil!

Ağıllı millət bütün qonşularına qarşı sərsəm iddialar irəli sürməz, özündən güclülərlə savaşmaz, heç zaman isti aşına soyuq su qatmaz!

 

Qalib sərkərdə, qalib xalq, qalib ordu

 

Bu gün Qələbənin 1 ili tamam olur:

Bu bir ildə şanlı Qələbəyə layiq çoxsaylı işlər görülüb, uzaqgörən addımlar atılıb!

Ən əsası Azərbaycan 44 günlük döyüş meydanında qazandığı zəfəri artırıb, möhkəmləndirib.

Qəhrəmanları fərqləndirib, təltif və təbliğ edib!

Şəhidlərin xatirəsini ehtiramla anıb, şəhid ailələrinə, şəhid övladlarına maddi və mənəvi yardım göstərib, diqqətdə saxlayıb!

Əlilləri ölkədə və xaricdə müalicə edib, ən müasir protezlərlə təchizatına şərait yaradıb.

Dağıdılan yaşayış məntəqələrinin bərpası istiqamətində möhtəşəm işlər görülüb, yollar çəkilib, layihələr hazırlanıb və sürətli icrasına başlanılıb!

İlham Əliyevin Qarabağı cənnətə çevirmək niyyəti və ideyası hər gün, hər ay daha da vüsətlənir!

Azərbaycan yenə də diktə edən tərəfdir!

Türkiyə ilə qardaşlığımız sarsılmaz və əbədidir!

Dostlarla bərabər işləyir, birgə tikib qururuq!

Düşmənlər bizimlə hesablaşmaq zorundadır!

Azərbaycan daha özünəəmin, daha inamlıdır!

Torpaqların xilaskarı, xalqın sevgi və minnətdarlıq ünvanı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev hər şeyi vədəsində, uzaqgörənliklə və ən yüksək səviyyədə görməklə uğurların sayını durmadan artırır!

Azərbaycanı qalib dövlətə, xalqımızı qalib xalqa, ordumuzu qalib orduya çevirən İlham Əliyev quruculuq sahəsinin də ən böyük qəhrəmanıdır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video