07:51 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Salyanın kənd yolları yenidən qurulur

ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:37 11.06.2021

 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Salyanda da kəndarası yollar abadlaşdırılır. Hazırda Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı və Ərəbqardaşbəyli kəndlərinin yollarına asfalt döşənir.

Həmin kəndlər qıvrıla-qıvrıla axıb gedən Kür çayının sahilində yerləşir. Bu kəndlərin əhalisi indiyə kimi hələ sovet zamanında çəkilmiş yollardan istifadə edirdi. Bu səbəbdən təbii ki, yol istismar müddətini başa vurmuş, sökülüb dağılmışdı. Əhali payızın, qışın yağışlı-qarlı, yayın toz-torpaqlı günlərində olmazın əzab-əziyyət çəkirdi. Sakinlər əlacsızlıqdan kanalların üstündəki tirələri özlərinə piyada yolu seçirdilər.

Artıq bu əziyyətlərin sonu çatmaq üzrədir. Beş kəndi birləşdirən 15,3 kilometrlik asfalt yol 2,9 min nəfərin gediş-gəlişini, habelə onların istehsal etdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını satmaq üçün rayon mərkəzinə və digər yerlərə aparmaq imkanlarını xeyli yaxşılaşdıracaqdır.

Tikinti işlərinə aprel ayının əvvəllərində başlanılıb. İndiyədək ümumi işin 80 faizi görülüb. Tikintiyə 15 adda texnika cəlb olunub və burada 30 nəfər işçi çalışır. Yolun texniki göstəriciləri belədir: eni başdan-başa 6, hər iki tərəfdən çiyin hissələri 1,5, bəzi yerlərdə 2 metrdir. Dördüncü dərəcəli yolun özül hissəsinə torpaq yayılıb üstündən çınqıl döşənir, su səpilərək texnika ilə kipləşdirilir, sonra isə asfaltlaşdırılır. Bu proses iki mərhələdə aparılır. Hər bir qat 6 santimetr qalınlığında olmaqla, ümumilikdə, 12 santimetrdir. Yolboyunca suötürücü qurğular və körpülər quraşdırılır. Qeyd etmək lazımdır ki, yeni yolların hamısı, o cümlədən sözügedən yol da əvvəlkilərdən keyfiyyəti ilə fərqlənir. Bütün işlərin iyulun sonuna kimi başa çatdırılması planlaşdırılmışdır.

Beləcə, Salyan rayonunun kənd yolları yenidən qurulmaqda davam edir. Bundan əvvəl isə Arbatan, Marışlı, Seyidsadıqlı, Kürsəngi, Yolüstü, Xurşud, Çuxanlı, Parça Xələc, Seydan, Cəngən və digər kəndlərin yolları yenidən çəkilmiş, Salyan şəhərini ikiyə bölən Kür çayı üzərində möhtəşəm körpü salınmışdır. Bu körpü salyanlıların çoxdankı arzusu idi. Hətta sovet hakimiyyəti də insanların bu arzusunu reallaşdıra bilməmişdir.

Bütün bu nailiyyətlər, əlbəttə ki, ilk növbədə, müstəqilliyimizin bəhrəsidir. Yol çəkmək, körpü salmaq isə həmişə savab və xeyirxah iş sayılıb:

 

Yollar rişə-rişə, damar-damardır,

Yollarda qoşadır xeyir ilə şər.

Yollar dağ-dərəli, həndir-hamardır,

Onlar körpülərdə gəlib birləşər.

 

Körpülər yollarla verib əl-ələ

Neçə kənd-şəhəri qohum edərlər.

Bir oğul evlənsə, bir gəlin köçsə,

Körpülər toy günü yallı gedərlər.

 

Keçib dərələri, keçib dağları,

Yamacda tövşüyər, yolda burular.

Sahildən-sahilə çatan yollara

Körpü əlləriylə düyün vurular.

 

Seyran CAVADOV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM