22 Noyabr 2021 13:56
1039
İQTİSADİYYAT
A- A+

Salyanda pambıq yığımı uğurla davam edir

 

Salyanda pambıq tarlalarında məhsul yığımı davam edir. “Ağ qızıl” ustaları məhsulu optimal müddətdə və itkisiz yığmağı qarşılarına məqsəd qoyublar.

AZƏRTAC xəbər verir ki, dövlətin pambıqçılığa dəstəyi salyanlı fermerləri təsərrüfatın bu növünə marağını daha da artırıb. Nəticədə bu gün rayon ərazisindəki tarlalarda bol məhsul var. İki aydan artıqdır ki, Salyanda pambıq yığımı davam edir.

Rayonun Ərəbqardaşbəyli kənd sakini, pambıq ustası İbadət Cəfərov ötən il 60 hektar pambıq əkərək, 40 sentnerə yaxın məhsul götürüb. Qabaqcıl fermer sahələrdə kombaynlardan başqa əl əməyinə də üstünlük verir. “Bu, rayon sakinlərinin sosial rifahına müsbət təsir göstərir, işsizliyi aradan qaldırır. Fermerlərin çoxu isə maşınla yığıma üstünlük verir. Çünki maşınla pambıq yığımı daha ucuz başa gəlir. Lakin əl ilə yığılan pambığın lifi daha keyfiyyətli olur və baha satılır”, - deyə fermer bildirib.

Fermerin sözlərinə görə, vaxtından əvvəl pambıq yığımı aparmaq məhsuldarlığı aşağı salır. Buna görə yığım zamanı tələsməmək lazımdır.

Qızılağac kənd sakini Elgün Qabiloğlu da uzun zamandır pambıq əkini ilə məşğuldur. Dövlət dəstəyindən yararlanan fermer bu il pambıq sahələrini bir az da genişləndirib. “Ağ qızıl” ustası pambığın əsasən türk sortlarının əkilməsinə üstünlük verir: “Keçən il 30 hektar pambıq sahəsi becərmişdim. Bu il pambıq sahəsini 35 hektara çatdırmışam. Şükür Allaha, 35-45 sentner məhsul götürürük. Hər il “Bəyaz Altun” sortu əkirəm. Çox gözəl pambıq sortudur. Həm məhsuldarlığı yüksəkdir, həm də iqlimə uyğundur”.

Fermer Qurban İmanov isə pambıq sahəsində artıq ikinci yığım prosesini yekunlaşdırmaq üzrədir. O, yığım prosesini kombaynlar vasitəsilə aparır. Fermer yığımı tez və itkisiz yığılması üçün var gücü ilə çalışır. “1 hektar 80 sot pambıq sahəsi əkmişəm. Hər hektardan 50 sentner pambıq götürmüşəm. Bu il sahəni artıraraq 2 hektar 80 sota çatdırmışam. Hər hektardan 55 sentner məhsul gözləyirəm”.

Qeyd edək ki, bu il Salyan rayonunda 6135 hektar sahədə pambıq əkini aparılıb. Məhsulu yığılması üçün sahələrə 28 kombayn cəlb olunub. Artıq 18 min 604 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Rayonda yığım prosesi davam edir. Onu da bildirək ki, Salyanda 4 pambıq şirkəti ilə müqavilə bağlayan 1165 istehsalçı bu il əsasən pambığın “Ağ qızıl”, “Gəncə 108”, “Gəncə 110”, “Lodus”, “Bəyaz Altun” sortlarını əkib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video