16 Sentyabr 2021 00:10
1425
ELANLAR
A- A+

Salyan Rayon İcra Hakimiyyəti 2021-ci  ildə “Salyan Şəhər Küçələrinin Əsaslı Təmiri” işlərinin satın alınması məqsədilə açıq tender elan edir

 

“Salyan Şəhər Küçələrinin Əsaslı Təmiri” işlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə  yetirilməsi, podratçının analoji işlərdə təcrübəsi, təmir bərpa işləri üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Muqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər  LOT  üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Portal vasitəsilə ala bilərlər. (əlaqələndirici şəxs: Lalayev Mahir İdris oğlu, telefon: 0-21-255-50-23)

İştirak haqqı: 1000 manat

Təşkilat: Salyan Rayon İcra Hakimiyyəti

17 saylı Regional Xəzinədarlıq İdarəsi

Dövlət Xəzinədarlıq Agentliyi

Hesab:AZ41NABZ01360100000000003944

VÖEN: 1401555071

Kod: 210005

Fond 7Y

Salyan Rayon İcra Hakimiyyəti

Hesab: AZ36CTRE00000000000002513131

VÖEN: 7000028611

İştirak haqqı heç halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün Portala elektron müraciət;

- Tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;

- Tender təklifi (zərflərin açılışı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Tender təklifinin dəyərinin 1 faizi dəyərində bank təminatı;

- Azərbaycan Respublikasında Vergilərə  və  digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması və son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatının surəti;

- Dövlət Vergi Xidməti tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması ilə bağlı Ədliyyə və Vergi orqanlarından alınmış arayış;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olması;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması ilə bağlı sənədlərin təqdim edilməsi;

- mikro, kiçik və orta sahibkarlıq meyarlarından birinə aid olması ilə bağlı Dövlət Statistika Komitəsindən alınmış arayış;

- əmək reyestrindən işçilər barədə çıxarışlar.

İddiaçılar (podratçılar) tenderdə iştirak etmək üçün 1 və 4-cü bəndlərdə göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 oktyabr 2021-ci il saat 12:00-a  kimi Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etməlidirlər. Tender təklifi və bank zəmanətini isə 19 oktyabr 2021-ci il saat 12:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təklilər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaq. İddiaçıların təklifləri 20 oktyabr 2021-ci il saat 12:00-da elektron Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video