09 Iyun 2021 12:10
839
A- A+

Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının 109-cu sessiyasında çıxış edib

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) videoformatda keçirilən 109-cu sessiyasında çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir COVID-19 pandemiyasının dünya ölkələrinin səhiyyə sistemlərinə və iqtisadiyyatına, əmək bazarına, məşğulluq sahələrinə, xüsusilə sosial cəhətdən həssas qruplarına təsirlərini qeyd edib. O, mövcud vəziyyətdə bərpa və davamlı inkişaf üçün daha güclü birliyin vacibliyini diqqətə çatdırıb.

S.Babayev Azərbaycan hökumətinin pandemiyanın ilk günlərindən COVID-19-la mübarizə və özəl sektorun dəstəklənməsi, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində lazımi addımları atdığını vurğulayıb. Respublika əhalisinin demək olar yarısını əhatə edən, 3,5 milyard manat dəyərində hərtərəfli sosial-iqtisadi paketin reallaşdırıldığını deyib. Ölkəmizdə peyvənd kampaniyası çərçivəsində artıq 2,5 milyondan çox peyvəndin istifadə olunduğunu diqqətə çatdırıb. Azərbaycanda yaradılmış DOST mərkəzləri, ilk proaktiv xidmət olaraq avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, sosial sahədə qurulan e-xidmətlər barədə məlumat verib. Bu nailiyyətlərin sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və müasirləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.

S.Babayev ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işçi qüvvəsinin bacarıqlarının əmək bazarına uyğunlaşdırılması, məşğulluq proqramlarının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi sahəsində aparılan işləri diqqətə çatdırıb. Ölkənin dövlət məşğulluq siyasətinin BƏT və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda həyata keçirildiyini bildirib. Azərbaycan hökuməti ilə BƏT arasında əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramının uğurlu icrasının inkişaf istiqamətində hədəflərimizin reallaşmasına töhfə verdiyini bildirib. Növbəti proqramın da əmək məsələlərinin həllində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sahil Babayev erməni silahlı qüvvələrinin ötən il sentyabrın 27-də genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları həyata keçirdiyini, ölkəmizin işğal olunmuş ərazilərini 44 günlük döyüşlərdə azad edərək möhtəşəm Zəfər qazandığını bildirib. “İndi ölkəmiz üçün ən vacib məsələ azad edilmiş ərazilərdə genişmiqyaslı iqtisadi inkişafın və həmin ərazilərin milli və regional iqtisadiyyata sürətli inteqrasiyasının təmin edilməsidir”, - deyə nazir qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video