22 Iyun 2013 04:06
248
PARLAMENT
A- A+

Sahibkarlıq sahəsində qanunvericilik bazası gücləndirilir

 

İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti  və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda iki qanun layihəsi müzakirə edilib.

İkinci oxunuşda müzakirəyə təqdim olunan "Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Bildirib ki, bu qanun layihəsi Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsədlərini və prinsiplərini, həyata keçirilməsi qaydalarını, yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə danışaraq bildirib ki, bu qanun Azərbaycan sahibkarlarını əsassız yoxlamalardan azad edəcək. O qeyd etdi ki, bu qanun layihəsi çox peşəkar hazırlanıb. Ona görə də layihəni müzakirə üçün plenar iclasa tövsiyə etmək olar.

Qanun layihəsi müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasın gündəliyinə çıxarılan digər məsələ "Reklam haqqında" Azərbaycan Respublikası qanununun layihəsi olub. Layihə barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qeyd edib ki, qanun Azərbaycan Respublikasında reklam istehsalının, onun mallar, işlər və xidmətlər bazarında yerləşdirilməsi və yayımının dövlət tənzimlənməsinin hüquqi əsaslarını, reklam fəaliyyəti subyektlərinin özünütənzimləmə sahəsində vəzifələrini və səlahiyyətlərini müəyyən edəcəkdir.

Yeni qanun layihəsində televiziya verilişlərində reklamın yerləşdirilməsinə dair tələblər də dəyişdirilib. Belə ki, yerləşdirilən reklamın vaxt məhdudiyyətləri yenilənib, bir sıra verilişlərdə reklamın yayımlanmasının xüsusi qaydaları müəyyənləşdirilib. Yeni layihədə həmçinin nəqliyyat vasitələrində reklamın xüsusiyyətləri daha geniş göstərilib və yeni qaydalar müəyyən edilib. Alkoqollu içkilərin reklamına dair tələblər də genişləndirilərək bu içkilərin yayımlanmasına vaxt məhdudiyyəti qoyulub.

Qeyd edək ki, yeni qanun layihəsində reklamın yeni növü kimi sponsor reklamının yerləşdirilməsinə dair xüsusi qaydalar müəyyən olunmuşdur. Çünki hazırkı dövrdə sponsor reklamı geniş yayılmasına baxmayaraq, mövcud qanunvericilik bu sahəni tam əhatə etmir.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video