03 Fevral 2012 12:02
377
İQTİSADİYYAT
A- A+

Sahibkarlığa Kömək Milli Fondu Qaradağda maşınqayırma zavodlarının yaradılmasını maliyyələşdirmək fikrindədir

 

İlin ilk ayında 161 sahibkar 12,5 milyon manat güzəştli kredit alıb

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağda maşınqayırma zavodlarının yaradılmasını maliyyələşdirmək fikrindədir.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, ötən il fondun güzəştli kreditləri hesabına maliyyələşdirilən 3 iri sənaye müəssisəsi istifadəyə verilib. Bunlar Qaradağda fəaliyyət göstərən Mərmər-qranit, Müasir tikinti materialları və Əhəng zavodlarıdır.

"Bu il SKMF Dəmir konstruksiyaları zavodunun maliyyələşdirilməsini həyata keçirib. Həmin zavod bu il istifadəyə veriləcək. Eyni zamanda biz Qaradağda maşınqayırma zavodlarının yaradılmasını maliyyələşdirmək fikrindəyik" - deyə Ş.Abdullayev bildirib.

O həmçinin qeyd edib ki, fond cari ilin ilk ayında 161 sahibkara 12,5 milyon manat güzəştli kredit verib. Bu kreditlərin verilməsi geri qaytarılan kreditlər hesabına mümkün olub, dövlət büdcəsindən ayrılan 90 milyon manata isə hələlik toxunulmayıb.

Ş.Abdullayev onu da deyib ki, 2012-ci il ərzində sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə 200 milyon manat ayrılması planlaşdırılır: "Bunun 110 milyon manatı geri qaytarılmış kreditlər, 90 milyonu isə dövlət büdcəsindən ayrılmış vəsait hesabına olacaq. Mexanizmin təkmilləşdirilməsi nəticəsində fond tərəfindən verilən kreditlərin həcmi ötənilki kimi çox ola bilər".

Qeyd edək ki, ötən il SKMF tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə öncədən nəzərdə tutulduğu kimi, 125 milyon manat deyil, 138 milyon manat vəsait ayrılıb. Artım geri qaytarılmış kreditlər hesabına olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video