08 Sentyabr 2021 00:56
503
İQTİSADİYYAT
A- A+

Şahbuzda yeni bank filialı açılıb

 

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayonunda yeni filialı istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov çıxış edərək “Naxçıvanbank”ın Azərbaycan Respublikasının ilk regional bankı olduğunu bildirib. Qeyd edib ki, “Naxçıvanbank” Mərkəzi Bank tərəfindən 2008-ci il 4 avqust tarixində verilən lisenziya əsasında həmin il sentyabrın 1-dən fəaliyyətə başlayıb. Bank əhaliyə, sahibkarlıq subyektlərinə universal bank və maliyyə xidmətini kompleks şəkildə göstərməkdədir. Bankın Naxçıvan, Şərur, Kəngərli, Culfa, Ordubad, Bakı şəhərlərində filial və şöbələri fəaliyyət göstərir. Baş idarə, 7 filial, bir şöbə, 2 valyutadəyişmə məntəqəsi, 44 bankomat, 72 ödəniş terminalı, 1021 POS-terminal və 61 mindən çox ödəniş kartı ilə müştərilərinə xidmət edən bankın cari ildə 14 mindən çox aktiv kredit müştərisi olub ki, onun da 529 nəfəri Şahbuz rayonunda yaşayan əhalidir. Müştəri məmnuniyyətini, şəffaflığı və peşəkar xidməti əsas prinsip seçən “Naxçıvanbank” ASC artıq Şahbuz rayonunda da fəaliyyətə başlayır.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.

Qeyd olunub ki, “Naxçıvanbank” tərəfindən muxtar respublika sakinlərinə kənd təsərrüfatı istiqamətində, eyni zamanda, iqtisadiyyatın aparıcı sahələrində kreditlər verilir. “Naxçıvanbank” ASC-nin yeni rayon filialının yaradılması sakinlərin bankın xidmətlərindən rahat şəkildə istifadəsinə imkan verəcək. Şahbuz rayon sakinlərinə bütün kredit növləri daxil olmaqla, 3 milyon manata kimi maliyyə-kredit xidməti göstərilib. Bankın filialının açılması imkan verəcək ki, burada artıq kreditlərin əhatə dairəsi də genişlənsin və vətəndaşların kredit götürməsi daha asan, əlçatan olsun.

Baş nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müxtəlif dövrlərdə imzaladığı sərəncamlarla muxtar respublikada elektron ödəniş sistemlərinin inkişafı, rəqəmsal iqtisadiyyata keçidlə əlaqədar Dövlət proqramları qəbul olunub və uğurla icra edilir. Əsas məqsəd dağlıq rayonlarda, kənd yerlərində yaşayan əhali üçün elektron ödəniş sistemlərini, bank xidmətlərini daha əlçatan etməkdir. Bu gün Şahbuz rayonunda “Naxçıvanbank” ASC-nin yeni filialının yaradılması da artıq imkan verəcək ki, rayon sakinləri Naxçıvan şəhərinə getmədən “Naxçıvanbank”ın göstərdiyi bütün xidmətlərdən faydalansınlar. “Naxçıvanbank” ASC bu gün ölkə üzrə müştərilərinə ən aşağı faiz dərəcələri ilə xidmət göstərir.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qeyd edib ki, “Naxçıvanbank” ASC-nin Şahbuz rayon filialının istifadəyə verilməsi rayonda müxtəlif sahələrin daha da inkişaf etməsinə şərait yaradacaq. Bu isə həm bankın inkişafında, həm də rayon sakinlərinin təsərrüfatlarını genişləndirməsində əhəmiyyətli rol oynayacaq.

Binaya baxış zamanı məlumat verilib ki, 2 mərtəbəli binanın birinci mərtəbəsində müştəri zalı, təhlükəsizlik, əməliyyat, kassa, qiymətlilərin saxlanma və server otaqları yerləşir. İkinci mərtəbədə isə müdir, kredit, arxiv və mütəxəssis otaqları, iclas zalı, qarderob və mətbəx vardır. Filialda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda, kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video