18:05 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sağlamlıq mərkəzi kimi tanınan Naftalan tezliklə həm də turizm şəhəri olacaq

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 09.10.2021

 

Naftalan Şəhər İcra Hakimiyyətində Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid, Dövlət Turizm Agentliyinin (DTA) Regional turizm inkişafı sektorunun müdiri Elgün Cavadov, ATB-nin Brend və marketinq kommunikasıyaları sektorunun müdiri Fidan Əliyeva, ATB-nin Turizm sənaye və destinasiyanın inkişafının idarə edilməsi sektorunun müdiri İlkin Cavadov, Gəncə Destinasiya Menecment Təşkilatının direktoru Zaur Bayramov ilə görüş keçirilib.

Görüşdə Naftalanın turizm potensialının artırılması, qarşıda görüləcək işlər barədə müzakirələr aparılıb, ATB-nin və DTA-nın dəstək olduğu şəhərdə bir sıra yeni layihələrin həyata keçirilməsinə başlanıldığı vurğulanıb.

ŞİH-nin başçısı Vüqar Novruzov və qonaqlar Naftalanın girişində tanıtma lövhəsinin qarşısında turistlərin marağına səbəb olacaq yeni yaradılacaq məkana, avtomobillər üçün xüsusi dayanacağın və şəhərin digər istiqamətindəki girişində yeni tanıtma lövhəsinin quraşdırılacağı ərazilərə, həmçinin şəhərdə yeni quraşdırılmış istiqamətverici lövhələrə və yaxın zamanda tikintisi planlaşdırılan amfiteatrın yaradılacağı əraziyə baxış keçiriblər. Sonra şəhərin turizm potensialı ilə tanışlıq Turizm İnformasiya Mərkəzində davam etdirilib.

Qeyd edək ki, artıq Naftalanda “Qaşaltı bağları” turizm konsepti üzrə ilkin araşdırma və qiymətləndirmə işlərinə başlanılıb. Qonaqlar bu sahədə görülən işlərlə tanışlıq üçün şəhərin Qaşaltı Qaraqoyunlu kəndinə səfər edərək burada nar bağlarına baxıblar.

Sonda vurğulanıb ki, müalicəvi xüsusiyyətlərinə görə dünyada yeganə olan Naftalan neftinin Azərbaycan brendi olaraq dünyada tanıdılması istiqamətində aparılan işlər Naftalanın dünyanın turizm şəhərlərindən birinə çevrilməsində öz faydasını verəcəyi şübhəsizdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM