22 Yanvar 2019 16:22
1057
CƏMİYYƏT
A- A+

Sağlam yaşamağın şərtləri


Sağlam yaşamağın açarı, ilk növbədə, sağlam qidalanmadan asılıdır. Qəbul edilən qidalar orqanizmin vitamin və minerallara olan gündəlik ehtiyacını ödəməlidir. Hər bir qidanın normadan artıq qəbul edilməsi xoşagəlməz halların yaranmasına səbəb olur. Odur ki, sağlam yaşamaq üçün qida rejiminə ciddi şəkildə əməl edilməsi vacibdir.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, gün ərzində ən azı 2-3 litr maye qəbul edilməsi bu sahədə ən ilkin göstərişlərdən biridir. Səhər yataqdan qalxarkən bir stəkan su içilməsi çox faydalıdır. Yemək əsnasında və yeməkdən dərhal sonra su içmək düzgün deyil. Yayda tərləmə halları çox olduğuna görə içilən suyun, qəbul edilən mayenin, mineral sular, meyvə və tərəvəzlərin tərkibində olan suyun miqdarına fikir vermək lazımdır. Süni dad verən limonad və nektar sular qəbul edilməsindən uzaq olmaq lazımdır. Hər gün idmanla məşğul olmaq, yeməkdən sonra 20 dəqiqə gəzintiyə çıxmaq sağlamlıq üçün əhəmıyyətlidir. İdman orqanizmi tarazlayır, qan dövranını tənzimləyir, stressdən uzaqlaşdırır.

Sağlam yaşamaq üçün üzmək, qaçmaq və velosiped sürmək çox faydalı və xeyirlidir. Ağır idman növləri ilə məşğul olanlar yüngül hərəkətlər edərək bədənini məşqə öyrətməlidir. Meşədə, təmiz havada gəzməyi, günəş vannası qəbul etməyi də unutmaq olmaz. Lakin bir məqamı da yaddan çıxarmamaq lazımdır ki, hər şeyin qədərində olması daha yaxşıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video