04 Aprel 2019 17:47
1058
CƏMİYYƏT
A- A+

Sabunun kimyəvi tərkibindən çox şey asılıdır


Sabun lap qədim zamanlardan heyvani yağlar və bitki küllərindən hazırlanıb. Həmin ənənənin əsasının Britaniyada yaşayan Ker tayfalarının qoyduğu deyilir.

AZƏRTAC elmi mənbələrə istinadla xəbər verir ki, ilk sabunlar heyvan yağları ilə müxtəlif maddələrin qarışığından əldə olunub. Sabun həyatımızda təmizliyin böyük bir parçası olan kimyəvi məhsuldur. O yağ turşusunun duzundan alınır. İstehsal prosesində yağın miqdarının nizamlanması vacibdir, əks təqdirdə dəriyə ziyanlı təsiri dəyə bilər.

Müasir sabunlar müxtəlif tərkibdə istehsal olunur. Hazırda antibakterioloji və bitki mənşəli sabunlar isə daha çox istifadə edilir.

Normal dəri üzərində ölü dəri hüceyrələri, qurumuş tər, müxtəlif bakteriyalar, yağlı ifrazatlar və toz var. Sabunun əsas xüsusiyyətləri isə mexaniki olaraq dəri üzərində onların təmizlənməsini təmin etməkdir. Mütəxəssislər bildirirlər ki, sabun alarkən mütləq onun kimyəvi tərkibinə diqqət yetirmək lazımdır. 72 faizli məişət sabunu tərkib etibarı ilə daha zərərsizdir. Dərini gənc və təravətli saxlamaq istəyənlər həftədə iki dəfə həmin sabunla əl-üzlərini yumalıdırlar. Məişət sabunu üz dərisini müxtəlif bakteriya və göbələklərdən təmizləməyə də qadirdir.

Sabun alarkən onun saxlanma şəraiti, istehsal tarixi və istifadə müddətinə də fikir vermək lazımdır. Sabunun saxlama müddəti nə qədər çoxdursa, onun ətri daha zərif, köpüyü daha çox olur və dəriyə qıcıqlanma vermir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video