23 Aprel 2021 13:04
1522
CƏMİYYƏT
A- A+

Şabalıdın meyvəsi qidalı, yarpaqlarının dəmləməsi isə çox şəfalıdır

 

Şabalıd ağacı əkiləndən 20-25 il sonra məhsul verir. Yüksək məhsuldarlığı isə iki-üç ildən bir olur. Ömrü 100-150 il olsa da, min illik şabalıd ağacları da var.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, dadlı və qidalı meyvəsinə, yüksək keyfiyyətli oduncağına görə böyük əhəmiyyət kəsb edən şabalıd qiymətli meyvə bitkisi olmaqla yanaşı, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əvəzolunmaz vasitədir.

Keyfiyyətli şabalıd parlaq, tünd qəhvəyi rəngdə, çəkisi ağır və qabığı bərk olur. Tərkibinin 40-50 faizi sudan ibarət olduğuna görə düzgün saxlanmadığı təqdirdə tez xarab olur. Onu 4-5 gün ərzində kətan torbalarda, uzun müddət isə donduraraq saxlamaq mümkündür.

Şabalıd veqanlar üçün əla qida hesab olunur. Onun tərkibindəki yağın miqdarı qoz, fındıq, fıstıq və badamdan fərqli olaraq daha aşağıdır. Buna baxmayaraq daxilində nişastanın miqdarı 62, şəkər 17, zülal 6 faiz təşkil edir. Elə nişastanın çoxluğuna görə onu diabetdən əziyyət çəkənlərin çox yeməsi tövsiyə edilmir.

100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbohidrat var. Elə həmin xüsusiyyətinə görə də şabalıd toxluq hissi verir. Həm də bu baxımdan 3 ədəd qovrulmuş şabalıd bir dilim çörəyə bərabər hesab olunur. Təzə meyvələrinin ləpəsi qan damarlarının varikoz genişlənməsi, kəskin ağrılı və xroniki tromboflebit, baldırlarda trofik yaralar, artrit, ateroskleroz, xırda qan damarlarının tromboemboliyası zamanı faydalıdır.

Quru meyvə həlimi və yarpaq dəmləməsindən yuxarı nəfəs yolları xəstəliyi, təzə yarpaq dəmləməsi isə göyöskürək zamanı istifadə edilir. Qurudulmuş çiçəklərin spirt məhlulu xroniki dizenteriya və sidik kisəsinin iltihabı zamanı tətbiq olunur.

Onu çiy halda qəbul etmək tövsiyə olunmur, çünki çiy halda mədəyə ağırlıq verir. Meyvəsi əzələləri qüvvətləndirir, fiziki və zehni yorğunluğu aradan qaldırır. Şabalıd qanı duruldur və tromblaşmanın qarşısını alır. Tərkibində olan kalium elementi sayəsində ürək əzələsini tonusda saxlayır. Orqanizmi artıq maye və duzlardan azad edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video