27 Noyabr 2021 19:10
658
SİYASƏT
A- A+

Rusiyanın “Kommersant” nəşri: İlham Əliyev əvvəl olduğu kimi, yenə müzəffər görkəmdə idi  

Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə azərbaycanlı həmkarından tez gəlmişdi, lakin üçtərəfli danışıqlar başlanana qədər İlham Əliyevdən fərqli olaraq Paşinyanın Rusiya Prezidenti ilə ikitərəfli görüşü baş tutmadı. Ola bilsin bu səbəbdən, üçtərəfli görüşün başlanğıcında Paşinyan barışmaz görünürdü. İlham Əliyev isə əvvəl olduğu kimi müzəffər görkəmdə idi və sərt sakitlik nümayiş etdirirdi.

AZƏRTAC xəbər verir ki, “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən aldığı təəssüratları bu nəşrin oxucuları ilə bölüşüb.

Rusiya Prezidenti Vladimir Putinin dediyi “İkinci Qarabağ müharibəsindən sonra keçən bir il ərzində çox iş görülüb, rusiyalı sülhməramlılar və atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzi fəaliyyətdədir, ən başlıcası, gələcək normal dinc həyat üçün şərait yaradılır” sözlərini sitat gətirən müəllif yazır: “Vladimir Putin bütün bunları deyərkən həqiqətən Azərbaycan Prezidentinin tərəfində idi və bütövlükdə hər şey onu da qane edirdi, - Nikol Paşinyan haqqında isə bunu demək olmazdı. Müharibədə uduzmuş Paşinyan indi qalib gələnin yanında əyləşmişdi və bunu etməyə bilməzdi”.

Jurnalist yazır ki, Nikol Paşinyan görüşdə “kal səslə danışır, sanki içərisindəki faciəli emosiyaları zorla boğurdu”. A.Kolesnikov Paşinyanın “regionda qeyri-sabitlik olması” və “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə soxulması” barədə dediklərini şərh edərək yazır: “İlk baxışda bu sözlər nə barədəsə razılıq əldə etmək üçün gəlmiş insanın sözləri deyildi. Yaxşı ki, danışıqların digər iki iştirakçısı üçüncü iştirakçının belə vəziyyətdə olmasını əvvəl də görmüşdülər və başa düşürdülər ki, yarım saatdan sonra o, tanınmaz dərəcədə dəyişə bilər. Onun dediyi bütün sözlər alverçi mövqeyi idi və taleyin qismətindən o, həmin mövqeyə düzəliş etməlidir”.

A.Koleskinov sərhədlər mövzusu ilə əlaqədar Prezident Vladimir Putinin dediyi, “bu ilin sonuna qədər iki dövlət arasında sərhədlərin demarkasiya və delimitasiyası üçün mexanizm yaradılması barədə razılıq əldə edilməsi və bu mexanizmlərin yaradılması üçün heç bir maneə olmaması” sözlərini sitat gətirərək bildirir ki, tərəflər arasında razılıq əldə edilib və sərhəd hazırda qoşunların dayandığı xətt üzrə keçəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video