04 Sentyabr 2021 23:26
915
İDMAN
A- A+

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunlarının açılış mərasimi keçirilib  

 

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunlarının açılış mərasimi keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb. Meydana birinci Azərbaycan nümayəndələri çıxıblar. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu və MDB Oyunlarının qızıl medalçısı Həsrət Cəfərov salamlayıb.

Daha sonra digər ölkələrin komandaları da onların arxasınca meydana daxil olublar.

Tədbirin rəsmi hissəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müraciəti oxunduqdan sonra Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov yarış iştirakçılarını salamlayıb.

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov çıxış edərək “Tokio-2020” Yay Olimpiya Oyunlarında MDB ölkələrinin qazandıqları nəticələrdən danışıb. L.Anfimov oyunları açıq elan etdikdən sonra Rusiyanın dövlət himni səsləndirilib. Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video