08:51 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rusiyada yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb
 
ANA SƏHİFƏ / DÜNYA
14:05 09.09.2021

Rusiyanın Noqinsk şəhərində çoxmənzilli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 7 nəfərə çatıb.

AZƏRTAC Rusiya KİV-ə istinadla xəbər verir ki, son məlumata əsasən, hadisə nəticəsində daha 15 nəfər, o cümlədən iki uşaq xəsarət alıb. Zərər çəkənlərdən altısı xəstəxanaya yerləşdirilib.

“Dağıntılar altında daha iki nəfərin cəsədi aşkarlanıb. Onlar hələ çıxarılmayıb. Son məlumata görə, ümumilikdə 7 nəfər həlak olub”, - deyə təcili xidmətlərdəki mənbə TASS agentliyinə bildirib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Xatırladaq ki, dünən səhər saatlarında Moskva vilayətinin Noqinsk şəhərindəki çoxmənzilli binada güclü partlayışı baş verib. Hadisə nəticəsində 24 mənzil zərər çəkib, onlardan 17-si tamamilə dağılıb. Binadan ümumilikdə 170-dən çox insan təxliyə olunub. Partlayışa məişət qazı sızmasının səbəb olduğu bildirilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM