18 Sentyabr 2021 11:40
598
DÜNYA
A- A+

Rusiyada vahid seçkilərin ikinci günüdür  

Sentyabrın 18-i Rusiyada vahid səsvermənin ikinci günüdür.

AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də 20 milyondan çox rusiyalı səsvermədə iştirak edib. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ən yüksək seçici fəallığı Çukotka Muxtar Vilayətində, Çeçenistan Respublikasında və Tuvada qeydə alınıb.

Budəfəki seçkilərin yeniliklərindən biri də onlayn səs vermək imkanıdır. Bu imkandan paytaxt Moskva, eləcə də Murmansk, Kursk, Nijni Novqorod, Rostov və Yaroslavl vilayətlərinin sakinləri yararlana bilərlər. Moskvada seçicilərin 23,07 faizi artıq həm onlayn, həm də əyani şəkildə səs verib.

Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustin səsvermədə distant iştirak edərək, onlayn səs veriblər. Müdafiə naziri Sergey Şoyqu və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin isə səsvermədə ənənəvi qaydada iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video