23 Avqust 2021 17:38
562
DÜNYA
A- A+

Rusiyada MDB-dən olan miqrantların sayı kəskin artıb

 

2021-ci ilin yanvar-may aylarında Rusiya ümumilikdə 260 928 immiqrant qəbul edib. Ölkədən çıxanların sayı isə 164 974 nəfər olub. Beləliklə, miqrasiya artımı 95 954 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

"APA-Economics"in Rusiya Federal Dövlət Statistika Xidmətinə ("Rosstat") istinadən verdiyi məlumata görə, hesabat dövründə Rusiyaya ən çox immiqrasiya MDB ölkələrindən olub. Belə ki, MDB-dən Rusiyaya 240 601 nəfər emiqrasiya edib, Rusiyadan isə MDB-yə 146 574 nəfər yollanıb. Beləliklə, miqrasiya artımı 94 027 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Rusiyaya ən çox Tacikistandan (43 995), Ermənistandan (32 113) və Qazaxıstandan (27 644) mühacir gəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video