04 Sentyabr 2021 16:20
213
DÜNYA
A- A+

Rusiyada əcnəbilər məcburi daktiloskopiyadan keçiriləcək  

Rusiya Daxili İşlər Nazirliyi (DİN) dekabrın 29-dan ölkəyə gələn miqrantlara və Rusiyada uzun müddət qalmağı planlaşdıran əcnəbilərə plastik kartlar verəcək.

AZƏRTAC xəbər verir ki, Rusiya DİN bu barədə əmr layihəsini təqdim edib. Plastik kartlar şəxsin icbari daktiloskopiyadan keçməsi barədə informasiya və fotoşəkli olan elektron daşıyıcı ilə təchiz ediləcək.

Plastik kartların üst tərəfində əcnəbinin fotoşəkli, adı, soyadı, atasının adı, doğum tarixi və cinsiyyəti göstəriləcək. Arxa tərəfdə isə əcnəbinin vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd barədə informasiya olacaq. Karta xarici vətəndaş haqqında informasiya yazılmış, o cümlədən barmaq izləri həkk olunmuş çip quraşdırılacaq.

Dekabrın 29-dan Rusiyaya gələn bütün miqrantlar və ölkədə 90 gündən çox qalmağı planlaşdıran əcnəbilər icbari daktiloskopiyadan keçəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video