03 Noyabr 2011 07:11
243
Mədəniyyət
A- A+

Rusiya telekanalının efirində Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevə həsr olunmuş proqram göstəriləcəkdir

 

AzərTAc Rusiyanın "Birinci kanalının" rəsmi saytına istinadən xəbər verir ki, "Respublikanın var-dövləti" şousunun yeni buraxılışı əfsanəvi insan, görkəmli müğənni, dünyanın nadir belkanto texnikasına və ovsunlayıcı səs tembrinə  malik olan ən yaxşı baritonlarından biri, səhnədə göründüyü ilk gündən əfsanəyə çevrilmiş ən gənc Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevə həsr olunacaqdır.

Proqramda Emin Ağalarovun ifasında "Qızıl günəşin şəfəqi", habelə Aleksey Vorobyovun ifasında "Gözəllik kraliçası", Valeri Meladzenin ifasında "Toy", Mifodi Bujorun ifasında "Şeytan təkəri", Valeriyanın ifasında "Sənə minnətdaram", Maksim Katarevin ifasında "Sorrentoya qayıt", Tamara Qverdtsetelinin ifasında "Mavi əbədiyyət", Filip Kirkorovun ifasında "Musiqini mənə qaytar", Mark Tişmanın ifasında "Biz ayrılıqda yaşaya bilmərik" mahnıları səsləndiriləcəkdir.

Proqramda Müslüm Maqomayevin yaxınları və dostları, onun həyat və yaradıcılığından danışmağa sözü olan insanlar - Tamara Sinyavskaya, Aleksandra Paxmutova, Nikolay Dobronravov, Aleksandr Voroşilov, İqor Butman və başqaları iştirak edəcəklər.

Noyabrın 11-də televiziya tamaşaçıları Müslüm Maqomayevin repertuarından ən çox sevdikləri mahnıya səs verəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video