21:04 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rusiya saytında Azərbaycanın turizm potensialından bəhs edən məqalə dərc olunub
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
13:01 03.05.2021

 

Rusiyanın “Business-Dialog Media” qrupunun saytında Azərbaycanın turizm potensialından bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə son illər Azərbaycanda turizm sahəsinə xüsusi diqqət ayrıldığı bildirilir. Qeyd edilir ki, Azərbaycanda turizm üçün hər zaman geniş potensial olub. Azərbaycanın bir çox turizm növləri üzrə potensialı vardır və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır. Məsələn, ölkənin mədəni turizm potensialına Bakıda incəsənət qalereyaları, milli musiqi növü – muğam, yaxşı inkişaf etmiş dünya caz musiqisi, milli və xarici rəqslər, ləziz dada malik zəngin mətbəx, bütün fərqli dini və dünyəvi görüşlərə tolerant yanaşma nümunə kimi göstərilə bilər. Turistlərin zövqünə uyğun əlavə xüsusiyyətlərin nəzərə alındığı tarixi və mədəni xarakterli turizm marşrutları dünyada daha yaxşı qəbul olunur və bu səbəbdən Azərbaycan Respublikası üçün də potensial turizm məhsulu kimi qəbul edilə bilər.

Məqalədə Azərbaycanda həm ənənəvi, həm də müasir müalicə imkanları, dağ və qış turizmi, işgüzar, çimərlik turizm növlərindən bəhs edilir.

Rusiyalı oxuculara işğaldan azad olunmuş ərazilərimizdə də turizmin inkişafının prioritet olmasından danışılır. Kəlbəcər rayonundakı “İstisu” sanatoriya kurort mərkəzi, Azıx mağarası, Xudafərin körpüsü və digər tarixi abidələr barədə məlumat verilib, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişaf strategiyasına dair sənəd hazırlandığı bildirilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM