07 Noyabr 2021 19:38
1384
Mədəniyyət
A- A+

Rusiya İnformasiya Mədəniyyət Mərkəzi ilə Beynəlxalq Muğam Mərkəzi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb  


Rusiyalı bayan ifaçısı Beynəlxalq Muğam Mərkəzində çıxış edib

 

Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, qurumun direktoru, Xalq artisti Murad Hüseynov imzalanan memorandumun əhəmiyyətini vurğulayıb. O deyib: “Bu gün Muğam Mərkəzində Rusiyanın tanınmış bayan ustası çıxış edəcək. BMM öz fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verir. Pandemiyadan əvvəl BMM bir neçə böyük layihələrə imza atıb. Rusiya, Fransa, İspaniya, Yaponiya, Portuqaliya və digər ölkələrdən olan musiqiçilər Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edib. Bu gün imzaladığımız memorandum əsasında isə Rusiyadan dəyərli musiqi kollektivlərini Bakıya dəvət edəcəyik”.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov deyib: “Mərkəzə rəhbərlik etdiyim müddətdə Bakıda imzaladığım ilk sazişdir. Çox şadam ki, ilk olaraq belə bir sənədi məhz Beynəlxalq Muğam Mərkəzi ilə imzaladım. BMM konsert və digər tədbirlər keçirmək üçün olduqca gözəl məkandır. Düşünürəm ki, gələcəkdə Rusiya ifaçılarının çıxışlarını nəinki Beynəlxalq Muğam Mərkəzində, həm də Bakının digər konsert salonlarında təşkil etmək olar. Bu bizim ilk tədbirimizdir. Azərbaycanla Rusiyanı uzun illərin mədəni əlaqələri birləşdirir. Çalışacağıq rusiyalı ifaçıları, kamera orkestrləri və digər musiqi kollektivlərini BMM-ə dəvət edək”.

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən bayan ifaçısı Aydar Salahov deyib: “Bakıya səfər etdiyim üçün çox şadam. Mən Azərbaycan musiqisini Müslüm Maqomayevin ifasından sevmişəm. Bu gün məşq zamanı Azərbaycan tarını öz musiqimizlə sintez etməyə çalışdıq və çox təəccübləndik. Mən burada olan musiqi alətlərini heç yerdə görməmişdim. Tar çox universal bir musiqi alətidir. Tarda caz da ifa etmək olar”.

Sonra rusiyalı ifaçıların konserti proqramı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video