26 Noyabr 2021 22:47
465
Elm və texnika
A- A+

Rusiya Elmlər Akademiyası prezidentinin Azərbaycan elmi ictimaiyyəti ilə görüşü olub

 

Bakıda səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) respublika elmi ictimaiyyəti ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl REA-nın prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

AMEA Rəyasət Heyətinin böyük konfrans zalında keçirilən tədbirdə bu görüşün Rusiya-Azərbaycan elmi əlaqələrinin inkişaf etdirilməsi baxımından vacibliyi vurğulanıb.

Görüş çərçivəsində “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi” imzalanıb.

Sənəd 4 əsas istiqaməti - “Birgə qabaqcıl elmi və texnoloji tədqiqatlar”, “Hər iki ölkə üçün aktual olan prioritet elmi istiqamətlər”, “Gənc alimlərə və istedadlara dəstək, alimlərin mobilliyinin optimallaşdırılması”, “Elm, innovasiya və təhsil cəmiyyətə və iqtisadiyyata inteqrasiya vasitəsi kimi” mövzuları əhatə edir.

Sənəddə qeyd olunur ki, elmi-tədqiqat və təhsil müəssisələrinin tələbə, gənc alim və mütəxəssislərinin mübadiləsi prioritet istiqamətlər üzrə elmi tədqiqatlara əhəmiyyətli töhfədir, həmçinin gələcəkdə rəqabətqabiliyyətliliyin artırılmasına, etimadlı əməkdaşlığa və qarşılıqlı anlaşmaya imkan yaradır.

Akademik mobilliyi inkişaf etdirmək, mobilliyi dəstəkləmək üçün milli və ya beynəlxalq proqramların imkanlarından istifadə edərək ikili diplom proqramlarının yaradılmasına nail olmaq iki qurumun birgə əməkdaşlığı çərçivəsində görüləcək işlərdəndir.

“Yol Xəritəsi” həm də elmlə cəmiyyət arasında əlaqələrin inkişafının strateji əhəmiyyətini önə çəkir, bu istiqamətdə birgə təşəbbüsləri dəstəkləyir. AMEA və REA arasında əməkdaşlıq çərçivəsində elmi forumlar, konfranslar, simpoziumlar və seminarların keçirilməsi, mühüm elmi problemlərin həlli üçün səylərin birləşdirilməsi nəzərdə tutulur.

Görüş tədbirin bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video