05:33 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rusiya Azərbaycan üçün çox mühüm, dəyərli tərəfdaş, dost və qonşu ölkədir
ANA SƏHİFƏ / SİYASƏT
01:34 28.09.2018


Dünən Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə görüşündə iki ölkə arasındakı münasibətlərə nəzər salındı, gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirə aparıldı. Azərbaycan və Rusiya prezidentlərinin son 3 ayda dördüncü, sentyabrda isə ikinci dəfə keçirilən görüşü, ilk növbədə, iki ölkə arasındakı yüksək və sıx siyasi dialoqun olduğunu göstərdi.

Azərbaycan və Rusiya arasında bu gün qarşılıqlı anlaşma mühiti mövcuddur. Son illərdə isə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Prezidentlər arasında bu cür intensiv görüşlərin keçirilməsi həm də Azərbaycan-Rusiya münasibətlərinin strateji mahiyyət daşımasının təsdiqidir.

Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin müsbət nəticələri dünən özlərinin qeyd etdikləri kimi təkcə siyasi sferada göstərmir. Belə ki, isti siyasi münasibətlərdən qaynaqlanan əməkdaşlıq telləri beynəlxalq tərəfdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Ölkələr arasında indiyədək 200-ə yaxın sənəd imzalanıb. Yaradılmış möhkəm hüquqi baza iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, yanacaq-energetika, elm və təhsil, mədəniyyət, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir.

Son 5 il ərzində Azərbaycan və Rusiya arasında 50-yə yaxın biznes-forum və işgüzar görüşlər keçirilib. Bütün bunlar nəticə etibarilə iqtisadi əlaqələrin inkişafına təkan verib. Dünən keçirilən görüşlərdə qeyd olunduğu kimi, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırıb. Təkcə 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,627 milyard dollar olub. Bu ilin birinci yarısında isə ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 760 birgə müəssisə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.

İki dövlət arasında regionlararası əməkdaşlıq da getdikcə dərinləşir. Bu formatda əməkdaşlıq ölkə prezidentlərinin birgə təşəbbüsü ilə başlayıb və ticari-iqtisadi münasibətlərin inkişafında böyük hadisəyə çevrilib. Əlamətdar haldır ki, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən regionlararası forumlar ölkələr arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verir, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaradır. Hazırda Rusiyanın 78 subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Dünənki görüşlərdə qeyd olunduğu kimi regionlararası əməkdaşlığın potensialı daha böyükdür. İki ölkənin regionları arasında səmərəli əməkdaşlığın dərinləşdirilməsi üçün münbit iqtisadi imkanlar mövcuddur.

Mədəni və humanitar sahələrdə də Rusiya ilə Azərbaycan arasında münasibətlər təqdirəlayiqdir. Hazırda 11 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır. Onlardan minə yaxını Rusiyanın büdcəsi hesabına oxuyur. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. 2010-cu ildən Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Humanitar əməkdaşlığa gəldikdə onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq bütün dünyada aktual problemlərin, müasir cəmiyyətlərin inkişaf məsələlərinin müzakirə olunduğu qlobal platforma kimi tanınır.

Rusiya dünyada hərbi məhsulların ən böyük istehsalçılarından biridir. Ona görə hərbi əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin mühüm istiqamətlərindən biridir. Son illərdə Azərbaycanın xaricdən aldığı silah-sursatın böyük hissəsi Rusiyanın payına düşüb. Artıq Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları ötüb.

Prezident İlham Əliyevlə Vladimir Putin arasındakı bərqərar olmuş şəxsi dostluq Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsi və dərinləşməsi ilə müşahidə olunur. Bunun nəticəsidir ki, yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın Rusiya ilə münasibətlərində yeni keyfiyyət dəyişiklikləri baş verir. Vladimir Putinin Azərbaycana dünənki səfəri isə əlaqələrin daha da inkişafı ilə bağlı müzakirələrin davamı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Bakıda aparılan danışıqların artıq strateji səviyyəyə yüksəlmiş Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafına mühüm təkan verəcəyi şübhəsizdir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM