05 Noyabr 2011 12:11
447
DÜNYA
A- A+

Rus millətçiləri Moskvada yürüş keçirdilər

 

Dünən Moskvada "Rus yürüşü" keçirilmişdir. Bu barədə lenta.ru saytı xəbər verir.

Məlumata görə, tədbirdə 7 minədək adam iştirak etmişdir.

Millətçilər yürüşü Rusiya paytaxtının Lyublino rayonunda keçirmişlər. Bununla əlaqədar rayonda təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bundan əlavə, vertolyot Lyublino üzərində müşahidə aparmışdır. 

Bəzi aksiya iştirakçılarının spirtli içki qəbul etdiyi bildirilir. Gənc millətçilər "Kommersant" qəzetinin müxbirinin kamerasını sındırmağa cəhd etmişlər. Yürüş iştirakçıları "Hakimiyyət ağlara verilsin!", "Qafqazı yedizdirməyimiz bəsdir!", "Dələduzların və oğruların hakimiyyəti əlindən alınsın!" və digər ekstremist şüarlar səsləndirmişlər.

Tədbirdən əvvəl "Rus yürüşü"nün təşkilatçılarından biri - Konstantin Krılov həbs edilmişdir. Krılovun silahdaşları liderlərinin oğurlandığını iddia edirlər.

Xatırladaq ki, "Rus yürüşü" adlı tədbir hər il noyabrın 4-də ölkənin onlarca iri yaşayış məntəqələrində, o cümlədən Sankt-Peterburq, Kalininqrad, Saratov, Krasnodar, Tula, Novosibirsk və digər şəhərlərdə keçirilir. Həmin gün ölkədə Xalq birliyi günü qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video