05:55 29 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
01:04 29.07.2021

Möhtəşəm ittifaq


00:52 29.07.2021

“Adını mən verdim...”


00:49 29.07.2021

Fitnəkarlıq çox çəkməz


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rumıniya, Bolqarıstan və Yunanıstan KİV-ləri Türkiyə Prezidentinin Şuşaya səfərini diqqət mərkəzində saxlayıb
 
ANA SƏHİFƏ / SİYASƏT
11:19 17.06.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni işğalından azad edilmiş Şuşa şəhərinə səfəri və tarixi Şuşa Bəyannaməsinin imzalanması Rumıniya, Bolqarıstan və Yunanıstanın qabaqcıl KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, AGERPRES milli xəbər agentliyi, “G4media”, “Ziarelive” nəşrləri, “Club.Bg”, Bolqarıstan Teleqraf agentliyi, Fokus xəbər agentliyi, “Blacksea news” xəbər portalı, “Protothema” nəşri və digərləri Şuşa şəhərinin 1992-ci ildə Ermənistan qoşunlarının nəzarəti altına keçməsi barədə məlumat verib. Ötən ilin noyabr ayında isə Azərbaycan qoşunları tərəfindən Şuşanın öz qanuni sahiblərinə qaytarılması bildirilib. Qeyd olunub ki, Türkiyə və Azərbaycan prezidentləri Şuşada danışıqlar aparıb və iki ölkə arasında bir neçə sahədə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin dərinləşməsinə yönəlmiş müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalayıblar. Bu sənədin ikitərəfli münasibətləri ən yüksək səviyyəyə qaldırması barədə deyilib. Bəyannamədə birgə müdafiə və Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı hərbi yardım məsələlərinin əksini tapdığı vurğulanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM