08:56 22 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:20 22.06.2021

80 illik ibrət dərsi


01:04 22.06.2021

Şəhid kapitan unudulmur


00:55 22.06.2021

Rekordlarla dolu gün


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Roman Naudinş: Latviya Azərbaycanla siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlıdır
ANA SƏHİFƏ / PARLAMENT
19:49 08.06.2021

 

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığı təşviq edən qrupun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova qonaqları səmimi salamlayaraq Azərbaycanın Baltikyanı ölkələr, o cümlədən Latviya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qeyd edilib ki, Azərbaycanla Latviya dost və tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın daha da inkişafı üçün yaxşı zəmin yaradıb.

Milli Məclisin sədri tərəflər arasında yüksəksəviyyəli siyasi dialoqun iqtisadi sahədə də böyük nailiyyətlər əldə etmək üçün yaxşı imkan yaratdığını deyib.

Azərbaycan və Latviyanın qanunverici orqanları arasında əlaqələrdən danışan Sahibə Qafarova qeyd edib ki, hər iki ölkənin parlamentində dostuq qruplarının fəaliyyət göstərməsi ümumi məqsədlərə xidmət edir. Deputatların qarşılıqlı səfərləri, beynəlxalq qurumlarda mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını Ermənistanın işğalından azad etdiyini və ərazi bütövlüyünün bərpasına nail olduğunu söyləyib. Bildirilib ki, erməni vandalları tərəfindən Qarabağda mülki və mədəni obyektlər tamamilə dağıdılıb, məscidlər yerlə-yeksən edilib. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işləri həyata keçirir. Lakin Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, sərhəddə təxribatlar törədir. Bu məqsədlə terrorçu dəstələrdən istifadə edir. Biz bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edirik.

Səmimi qəbula görə minnətdarlığını bildirən Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığı təşviq edən qrupun rəhbəri Roman Naudinşin ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləyib. Qeyd olunub ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər parlamentlər səviyyəsində münasibətlərin inkişafına müsbət təsirini göstərir. Bu cür təmaslar informasiya mübadiləsi baxımından çox önəmlidir.

Görüşdə parlamentlərarası əməkdaşlığın, beynəlxalq qurumlar çərçivəsində əlaqələrin inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM