15:08 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Romada «Azərbaycan: «İpək yolu» üzərində Odlar Yurdu»adlı sərgi açılmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 15.02.2012

 

Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən AzərTAc-a bildirilmişlər ki, fevralın 13-də Roma Sivilizasiyası Muzeyində "İpək yolu" beynəlxalq sərgi festivalı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Azərbaycan: "İpək yolu" üzərində Odlar Yurdu" adlı sərgi açılmışdır. Festival İtaliyanın Mədəniyyət və Xarici İşlər nazirlikləri və Roma Şəhər Meriyası tərəfindən təşkil olunmuşdur.

Ölkəmizin İtaliyadakı səfirliyi tərəfindən dəstək verilmiş açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın təşkilatçısı olan Roma Şəhər Meriyası nəzdindəki "Zetema" qrupunun prezidenti Françesko Markolini, Roma şəhər merinin diplomatik müşaviri Filippo La Rosa, Roma şəhərinin tarixi, arxeoloji və mədəni abidələr üzrə idarəsi rəisinin müavini xanım Renata Piççinini, Roma Sivilizasiyası Muzeyinin direktoru xanım Lukretsiya Unqaro çıxış etmişlər.

Nazir Ə.Qarayev çıxışında Azərbaycan-İtaliya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulamış, bu əlaqələrin tarixi köklərindən danışmışdır. Nazir iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi üçün mədəniyyətlərin qarşılıqlı tanıdılmasının zəruriliyini qeyd etmiş, bu il Azərbaycan mədəniyyətinin İtaliya ictimaiyyətinə təqdim edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən keçiriləcək tədbirlərin nəzərdə tutulduğunu bildirmişdir. Açılış mərasimindən sonra nazir Ə.Qarayev İtaliyanın kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir. 

İtaliya nümayəndələri Azərbaycan tarixi və mədəniyyətinin ölkə ictimaiyyətinə təqdim edilməsi məqsədilə son zamanlar Azərbaycan tərəfinin həyata keçirdiyi mədəni tədbirləri xüsusi qeyd edərək bu qəbildən olan təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyinə inam ifadə etmişlər.

Mərasimdə İtaliyanın elm və incəsənət xadimləri, yerli mətbuat və diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Sərgidə nümayiş etdirilən və Azərbaycanın qədim tarixini əks etdirən tətbiqi sənət nümunələri, xalçalar, bəzək əşyaları və s. iştirakçıların böyük marağına səbəb olmuşdur.

Əvvəlcədən sərginin aprel ayının sonunda başa çatacağı nəzərdə tutulsa da, festivalın təşkilatçılarının müraciətlərinə əsasən sərginin may ayının sonunadək davam edəcəyi razılaşdırılmışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM