18 Yanvar 2012 01:01
374
SİYASƏT
A- A+

RF XİN rəhbərinin müavini: Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktı onun beynəlxalq aləmdə rolunun tanınmasına dəlalət edir

 

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov AzərTAc-a məxsusi müsahibəsində demişdir: "Rusiya Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini müsbət qiymətləndirir". O xüsusi vurğulamışdır ki, Rusiya Azərbaycanın seçilməsinin lehinə səs vermiş və onun namizədliyini dəstəkləmişdir.

O demişdir: "Azərbaycanlı dostlarımız Təhlükəsizlik Şurasına gələn ərəfədə biz onlarla xüsusi məsləhətləşmələr apardıq və BMT-də birlikdə həll etməli olacağımız məsələləri onlarla müzakirə etdik. Praktiki olaraq bütün məsələlərə bizim yanaşmamız eynidir, şuranın gündəliyində olan problemlərin həllini biz eyni şəkildə başa düşürük və hər şeydən görünür ki, Nyu-Yorkda bizim nümayəndə heyətləri arasında kifayət qədər yaxşı, konstruktiv və faydalı qarşılıqlı əlaqələr yaranmışdır. Ümid edirəm ki, bu əlaqələr gələcəkdə də davam edəcəkdir".

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov demişdir: "Şübhə yoxdur ki, bu hadisə Azərbaycanın imicinə və nüfuzuna müsbət təsir göstərəcəkdir. Vurğulamaq istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktı Azərbaycanın BMT çərçivəsində fəallığına dəlalət edir. Əlbəttə, bu, müsbət məqamdır və bütün dünyada Azərbaycanın nüfuzunu xeyli artırır".

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video