24 Sentyabr 2021 20:47
743
CƏMİYYƏT
A- A+

Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşıb

 

Dünya şöhrətli fotojurnalist Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu instaqram səhifəsində paylaşıb.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Mən Şuşadan çıxan son jurnalist idim və mühasirədə olan şəhər düşmənin əlinə keçməmiş oranı tərk etməli idim.

Birinci Qarabağ müharibəsini işiqlandırmağa başlayandan bir ay sonra başa düşdüm ki, Azərbaycanın peşəkar ordusu yoxdur, döyüşçülərin bir çoxu könüllü və ya polis olublar.

Vəziyyət çox gərgin, itkilər isə çox olsa da, işlərini tərk edərək Azərbaycanın hər yerindən Qarabağı müdafiə etmək üçün gələnlərin yüksək əhval-ruhiyyəsi məni heyrətləndirdi. Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka mərmi atəşi ilə məhv edildi, ancaq o, alətin çubuğunu saxladı və bəzi melodiyaları ifa etmək üçün kalaşnikovdan istifadə edirdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video