18 Sentyabr 2021 11:59
874
Mədəniyyət
A- A+

Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib

 

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında dahi şair Nizami Gəncəvinin ermənilər tərəfindən dağıdılmış büstü barədə paylaşım edib.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Məşhur fotoqraf öz paylaşımında tarixi faktlara istinad edərək, XVII əsrdə yaşamış fransız şərqşünas Barthélemy d'Herbelot de Molainville tərəfindən Nizami Gəncəvinin fəlsəfi düşüncəsi barədə yazılmış fikirləri xatırladıb.

Reza Deqati dünya şöhrətli şairin anadan olmasının 880 illik yubileyinin bu il Azərbaycanda ölkə miqyasında qeyd olunduğunu da nəzərə çatdırıb.

Qeyd edək ki, R. Deqati beynəlxalq sərgilərdə mütəmadi olaraq Azərbaycan həqiqətlərini çəkdiyi şəkillər vasitəsilə dünya ictimaiyyətinə çatdırır. Sözügedən şəkillər onun ADA Universiteti ilə birgə həyata keçirdiyi “Soul of Karabakh” (“Qarabağın ruhu”) layihəsi çərçivəsində hazırlanan veb-saytda və broşürlərdə əksini tapacaq.

Reza Deqatinin paylaşdığı şəkil və video ilə burada tanış olmaq mümkündür:

https://bit.ly/3ze2Shm

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video