16 Sentyabr 2011 07:09
511
Təhsil
A- A+

Regionlarda təhsilin texniki bazası möhkəmlənir

 

Yaşıllıqlar qoynunda ucalan yaraşıqlı məktəbin geniş həyətinə sanki al-əlvan gül-çiçək səpələnib. Yüzlərlə oğlan və qız, onların valideynləri yeni məktəb binasının açılışına yığışıblar.

Tatarlı məktəbi Goranboy rayonunun adlı-sanlı təhsil ocaqlarından biridir. Qarabağ şəhidi, Milli Qəhrəman Sərxan Ocaqverdiyevin adını daşıyır. Kollektiv təhsildə, ictimai işlərdə həmişə fərqlənir. Cari ildə dörd nəfər ali məktəbə daxil olub, onlardan ikisi 600-dən çox bal toplayıb.

Təzəlikcə kəndin mərkəzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq ikimərtəbəli bina tikilib. İndi hamı bu müasir quruluşlu binanın açılışına yığışıb.

İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev, təhsil şöbəsinin müdiri İlham Hüseynov, məktəbin direktoru Zeynəddin Qədimov, valideyn Zabit Zamanov və başqaları məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlaması və təzə məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etdilər.

Çox yaraşıqlı binadır. 360 şagird bir növbədə oxuya biləcək. Müasir avadanlıq gətirilib, iki laboratoriya və kompyuter otağı ən yeni cihazlarla təchiz olunub. Kitabxana, yeməkxana, tibb məntəqəsi, idman zalı, müəllimlər otağı, akt salonu diqqəti cəlb edir. Su, elektrik enerjisi təchizatı və istilik sistemi nizama salınıb.

Əlaçı şagird Mətanət Məhərrəmova açılış mərasimində çıxış edərək dedi ki, ölkə başçısının bu qayğı və diqqətinə biz əla təhsilimizlə, nümunəvi davranışımızla, dövlətə və dövlətçiliyə tükənməz məhəbbətimizlə cavab verməyə çalışacağıq.

Yeni məktəbdə yeni dərs ilinin ilk zəngi səsləndi.

Dünən Səmədabad və Şadılı kəndlərində də yeni məktəb binaları istifadəyə verildi. Daha bir müasir quruluşlu bina isə rayonun mərkəzində üç saylı məktəb üçün ucaldılır. Baxdıq. Az qalır. Son tamamlama işlərinin yaxın vaxtlarda başa çatması gözlənilir.

Həmsöhbətim İlham Hüseynov deyir ki, dövlətin tükənməz qayğısı və köməyi ilə rayonda təhsil ocaqlarının maddi-texniki bazası getdikcə möhkəmlənir. Son illərdə Goranboyda tikilib, yaxud əsaslı təmir olunub, yenidən qurulan məktəblərin sayı on birə çatıb. Yeni dərs ili ərəfəsində Qızılhacılı qəsəbə  2 saylı və Nərimanlı kənd orta məktəbləri üçün yeni binaların inşasına başlanılıb. Yaxın vaxtlarda isə Faxralı kənd orta məktəbi üçün yeni binanın təməli qoyulacaqdır.

Hər yerdə mütəşəkkil surətdə yeni dərs ili başlandı. Minlərlə oğlan və qız işıqlı, yaraşıqlı sinif otaqlarına axışır. Onların üzü gülür, hamı sevinc-fərəh içindədir.

Yeni məktəblər tikildikcə, müasir avadanlıqlarla təmin edildikcə, ümid edirik ki, Goranboy rayonunda təhsilin səviyyəsi və ali məktəblərə daxil olan məzunların sayı da artacaq.

 

Əhməd İSAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video