16 Oktyabr 2021 00:59
682
İQTİSADİYYAT
A- A+

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

 

Azərbaycanda telefon rabitəsinin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə regionlarda informasiya texnologiyaları (IT) sahəsində təlimçilərin hazırlanmasına başlanıb.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən IT mütəxəssislərinin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar IT təlimçilərinin sayını artırmaqdır. Bu təlimləri uğurla başa vuracaq mütəxəssislərin “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin regional təlimlərinə təlimçi qismində cəlb edilməsi nəzərdə tutulur. Təlimdə Gəncə, Naxçıvan, Şərur, Mingəçevir, Şəki, Zaqatala, Lənkəran, Şamaxı, Qazax, Şirvan, Ağdaş, Göyçay, Qəbələ, İmişli şəhərlərində yaşayan və müəyyən edilmiş tələblərə cavab verən şəxslər iştirak ediblər.

Bir ay müddətində intensiv formada keçiriləcək təlimdə iştirakçılara IT əsasları (IT texnik) üzrə təlimçilik bacarıqları öyrədiləcək. Əsas hissəsi onlayn, yekun hissəsi isə Bakıda təşkil olunacaq təlimi uğurla bitirən şəxslər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təlimçilik sertifikatı ilə təltif ediləcəklər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video